Naftalanda itkin düşən şəxs tapılıb27 Noyabr 2020, 18:00 (GMT +4) Bakı, 27 noyabr, SalamNews. Noyabrın 23-də Naftalan Şəhər Polis Şöbəsinə Qasımbəyli kənd sakini, 19 yaşlı Sahil Əhmədovun həmin gün itkin düşməsi barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan SalamNews-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal əməliyyat axtarış tədbirlərinə başlanılıb və qısa müddətdə S.Əhmədovun yeri müəyyən edilib.
O, polis əməkdaşları tərəfindən ailəsinə təhvil verilib.
|