Rusiyada son sutkada 27.543 nəfərdə koronavirusa yoluxma aşkar edilib27 Noyabr 2020, 12:57 (GMT +4) Bakı, 27 noyabr, SalamNews. Rusiya Federasiyasında son sutkada koronavirusa (COVID-19) yoluxma hallarının sayı 27.543 artaraq 2.215.533-ə çatıb.
SalamNews -un verdiyi xəbərə görə, bu barədə koronavirusla mübarizə üzrə Əməliyyat Qərargahından jurnalistlərə məlumat verilib.
Qərargahın məlumatına görə, Rusiya Federasiyasında 24 saat ərzində 26.682 nəfər olmaqla ümumilikdə 1712.174 koronavirus xəstəsi sağalıb.
Son 24 saat ərzində Rusiyada təhlükəli virusdan 496 nəfər ölüb. Ümumilikdə, Rusiyada virusdan 38.558 xəstə ölüb.
464.801 nəfərin müalicəsi davam edir.
|