İranda bir günə 406 koronavirus xəstəsi dünyasını dəyişib27 Noyabr 2020, 15:30 (GMT +4) Bakı 27 noyabr, SalamNews. B.Samid. İranda son sutkada koronavirus xəstələrindən 406 nəfəri həyatını itirib və ölənlərin ümumi sayı 47,095-ə çatıb.
SalamNews İSNA-a istinadla xəbər verir ki, bunu İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Sadat-Lari deyib.
Bildirilib ki, ölkədə son sutkada koronavirus xəstələrindən 406 nəfəri həyatını itirib və ölənlərin ümumi sayı 47,095-ə çatıb.
Əlavə edilib ki, ölkədə son 24 saat ərzində 14,051 nəfərdə koronavirus aşkarlanıb və bu rəqəm ümumilikdə 922,397-ə çatıb.
İranda indiyədək 6 milyona yaxın insan koronavirusla bağlı testlərdən keçib və testlərin cavabı müsbət olanlardan 640 mini sağalıb.
|