Avstraliya Əfqanıstanda mülki şəxsləri qətlə yetirən hərbçilərdən 10-nu kənarlaşdırıb27 Noyabr 2020, 16:50 (GMT +4) Bakı 19 noyabr, SalamNews. B.Samid. Avstraliya Əfqanıstanda müharibə cinayətlərində ittihamlandırılan 19 xüsusitəyinatlıdan 10-u işlərindən kənarlaşdırıb.
SalamNews xəbər verir ki, bu barədə Avstraliyanın rəsmi telekanallarından "ABC" hərbi mənbələrə istinadla məlumat yayıb.
Bildirilib ki, Əfqanıstan mülki şəxslərin qətlində təqsirli bilinən xüsusitəyinatlılardan 10-u kənarlaşdırılıb və digərlərinin də kənarlaşdırılması və məsuliyyətə cəlb edilməsi ehtimal olunur.
Qeyd edək ki, Avstraliya Müdafiə Nazirliyi bir ay bundan öncə başlatdığı cinayət işində ölkə qüvvələrinin Əfqanıstanda qeyri-qanuni qətllər həyata keçirdiyini etiraf edib.
Bildirilib ki, Avstraliyanın 25 nəfərdən ibarət xüsusitəyinatlıarı 23 hadisədə 39 mülki şəxsin qətlini həyata keçiriblər.
|