Türkiyə xarici işlər naziri ərəb dövlətlərinin İsraillə yeni anlaşmasını qınayıb27 Noyabr 2020, 17:49 (GMT +4) Bakı 19 noyabr, SalamNews. B.Samid. Mövlud Çavuşoğlu bəzi ərəb dövlətlərinin Qüdsdə səfirlik açmaq niyyətlərinin Fələstin dövlətinin yaranmasına ciddi maneə olacağını bildirib və işğal edilmiş ərazilərdə tikilən massivlərin İsrailə əlavə edilməyəcəyilə bağlı verilən vədlərin hiylə olduğunu qeyd edib.
SalamNews RT.Arabic-ə istinadla xəbər verir ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bunu İslam Əməkdaşlıq Təşkilatının toplantısı çərçivəsində deyib.
O bildirib ki, ərəb dövlətlərinin Qüdsdə səfirliklərini açması Fələstin dövlətinin yaradılması imkanlarını aradan aparır.
“İsrail, ərəb dövlətlərilə əlaqələri rəsmiləşdirmək qarşılığında, (işğal edilmiş İordan çayının qərb sahilindəki ərazilərdə) salınan yaşayış massivlərini özünə əlavə etməyi dayandırdığını bildirir, lakin bu hiylədir... Bütün bunlardan sonra, coğrafi baxımdan əraziləri bir-birinə birləşə bilən müstəqil Fələstin dövlətinin yaradılması qeyri-mümkün görünür", deyə Türkiyə XİN rəhbəri, BƏƏ və Bəhreynin İsraillə sazişini qınayıb.
|