Pompeo, Rusiya şirkətlərinə qarşı sanksiya tətbiq edilməsinin səbəblərindən danışıb28 Noyabr 2020, 12:11 (GMT +4) Bakı, 28 noyabr, SalamNews. ABŞ Dövlət katibi Mayk Pompeo, Rusiya və Çin şirkətlərinə qarşı sanksiya tətbiq edilməsinin səbəblərini açıqlayıb.
“Çində "Chengdu Best New Materials" və"Zibo Elim Trade", habelə "Nil Fam Khazar" və "Santers Holding" kimi tanınan "Nilko" qrupuna, Rusiyadakı "Elecon ASC"yə qarşı həssas texnologiyalar və malların İranın raket proqramına ötürülməsinə görə sanksiya tətbiq etdik", Pompeo bildirib.
SalamNews xəbər verir ki, Pompeo müvafiq tədbirin “İranın fəsadları ağır olan fəaliyyətinə” cavab olaraq görüldüyünü qeyd edib.
|