Ərdoğan: Müsəlmanlar İslama düşmənçilik virusu ilə mübarizə aparmaq məcburiyyətindədirlər28 Noyabr 2020, 12:42 (GMT +4) Bakı, 28 noyabr, SalamNews. Bu il yalnız koronavirusla (COVID-19) deyil, eyni zamanda dünyada COVID-19-dan daha sürətli yayılan müsəlmanlara qarşı düşmənçilik virusu ilə mübarizə aparmaq məcburiyyətində qaldıq.
SalamNews -un "Anadolu"ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan videokonfransla Amerika Müsəlmanları Dərnəyinin 23-cü illik qurultayının iştirakçılarına müraciət edərkən deyib.
Türkiyə Prezidenti müsəlmanları fikir ayrılıqlarını kənara qoymağa və müqəddəs İslam dəyərlərinə yönəlmiş təhdid qarşısında birləşməyə çağırıb.
Onun sözlərinə görə, İslam və bəşəriyyət düşmənlərinin bu cür alçaq davranışlarının əsas səbəbi müsəlmanların öz aralarında ziddiyyətlərin mövcud olmasıdır.
|