Ermənilərin Tərtəri vurduğu “Smerç” meriyanın muzeyində saxlanılır28 Noyabr 2020, 14:12 (GMT +4) Bakı, 28 noyabr, SalamNews. Bu gün diplomatik korpusların və beynəlxalq təşkilatların rəhbərlərinin Tərtərə səfəri zamanı işğalçı Ermənistanın cinayət əməlləri əyani nümayiş etdirilib.
SalamNews-un xəbərinə görə, bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev öz tvitter hesabında məlumat verib.
Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri sosial şəbəkədə video paylaşaraq belə şərh verib:
“29 oktyabrda Tərtərə atılan “Smerç” mərmisi fərdi evdən götürülərək yerli meriyanın muzeyinə təhvil verilib”.
|