Gürcüstanda 24 saat ərzində 4.472 nəfərdə koronavirusa yoluxma aşkar edilib28 Noyabr 2020, 14:25 (GMT +4) Bakı, 28 noyabr, SalamNews. Gürcüstanda son sutkada 4.472 nəfərdə koronavirusa yoluxma aşkar edilib, 4058 sağalıb, 34 xəstə ölüb.
SalamNews -un məlumatına görə, bu barədə Gürcüstan hökumətinin xüsusi saytında məlumat verilir.
Qonşu ölkədə COVID-19-a yoluxanların sayı 127.942-yə çatıb, bunlardan 106.328 nəfəri sağalıb, 1.195-i ölüb.
Hazırda 2076 nəfər karantində, 6286 nəfər stasionar nəzarətdə saxlanılır.
3844 asemptomatik xəstə xüsusi otellərdə müalicə olunur.
|