Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Yaşayış yerini tərk edən COVID-19 daşıyıcılarına cinayət işi başlanılıb

28 Noyabr 2020, 15:30 (GMT +4)

Bakı, 28 noyabr, SalamNews. Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsi Xırdalan şəhərində yaşayan Elnarə Hüseynova saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən SalamNews-a verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, aktiv COVID-19 virusunun daşıyıcısı olan bu şəxs karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib.

Onun evini tərk edərək aptekə getməsi isə kameralar tərəfindən lentə alınıb. Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə E.Hüseynova yaşadığı evə qaytarılıb. Onun barəsində toplanan materiallar Abşeron RPİ-nin İstintaq Şöbəsinə göndərilib. E.Hüseynova barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Analoji tədbir Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən də həyata keçirilib.

Belə ki, aktiv koronovirus xəstəsi olan Xətai rayonu M.Hadi küçəsində yaşayan Faiq Hüseynova həkimlər tərəfindən ev şəraitində müalicə təyin edilib. Bu şəxs isə qaydaları pozaraq ictimaiyyət arasına çıxıb və virusun daha çox yayılmasına şərait yaratdığı üçün polislər tərəfindən saxlanılıb.

Faiq Hüseynov barəsində Xətai RPİ-nin İstintaq Şöbəsind Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

22 Yanvar 2021, 16:25 (GMT +4)
Almaniyada koronavirusdan ölənlərin sayı 50 mini keçib

22 Yanvar 2021, 16:16 (GMT +4)
Gənclər təşkilatları beynəlxalq əməkdaşlığın genişlənməsi istiqamətində hərəkətə keçir

22 Yanvar 2021, 16:15 (GMT +4)
Bakıda 6 evdən oğurluq edən şəxs saxlanılıb

22 Yanvar 2021, 16:00 (GMT +4)
XİN Avropa Parlamentinin qətnaməsini şərh edib: Azərbaycan Prezidenti status məsələsini tarixin zibilliyinə yollayıb

22 Yanvar 2021, 15:58 (GMT +4)
Türkiyə NATO-nun Əfqanıstan və İraqdakı missiyasına dəstək verməyə davam edəcək 

22 Yanvar 2021, 15:45 (GMT +4)
Gömrükçülər qanunsuz dərman preparatları və mobil telefonlar aşkarlayıb

22 Yanvar 2021, 15:39 (GMT +4)
İranda son sutkada 75 nəfərin Covid-19 virusundan ölümü qeydə alınıb

22 Yanvar 2021, 15:30 (GMT +4)
Şuşada yeni yarımstansiya tikilir (VİDEO)

22 Yanvar 2021, 15:28 (GMT +4)
Putin və AŞ rəhbəri Navalnı ilə bağlı vəziyyəti müzakirə edib

22 Yanvar 2021, 15:15 (GMT +4)
Energetika Nazirliyi və qurumları ötən il 4 mindən çox müraciətə baxıb

22 Yanvar 2021, 15:00 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxmuş şagird və təhsil işçilərinin sayı açıqlanıb

22 Yanvar 2021, 14:57 (GMT +4)
Çində son sutkada 222 nəfər koronavirusa yoluxub

22 Yanvar 2021, 14:45 (GMT +4)
MN Füzuli rayonunun Qarğabazar kəndindən videogörüntülər yayıb (VİDEO)

22 Yanvar 2021, 14:36 (GMT +4)
Əfqanıstanda qarşılıqlı hücumlar davam edir, Baqlan və Nimruzda 8 hərbçi həlak olub

22 Yanvar 2021, 14:30 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti məlum olub

22 Yanvar 2021, 14:27 (GMT +4)
ABŞ-da soyuducunun səhvən söndürülməsi nəticəsində 2000 doz peyvənd korlanıb

22 Yanvar 2021, 14:15 (GMT +4)
Azərbaycanda İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb

22 Yanvar 2021, 14:00 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

22 Yanvar 2021, 13:52 (GMT +4)
Yaponiya COVID-19 səbəbiylə Tokio Olimpiadasını ləğv etmək istəyir

22 Yanvar 2021, 13:45 (GMT +4)
"Azərbaycan Dəmir Yolları" işə qəbul rejimini dəyişib

22 Yanvar 2021, 13:37 (GMT +4)
Cavad Zərif: Tramp getdi, amma İran və qonşuları qaldı

22 Yanvar 2021, 13:30 (GMT +4)
Ötən il Bakıda baş verən yol qəzaların sayı açıqlanıb

22 Yanvar 2021, 13:15 (GMT +4)
Nazir ali məktəblərdə pullu təhsilin ləğv ediləcəyi barədə fikirlərə münasibət bildirib

22 Yanvar 2021, 13:12 (GMT +4)
Rusiyada koronavirusdan ölənlərin sayı 68 mini keçib

22 Yanvar 2021, 13:00 (GMT +4)
ANAMA-nın əməkdaşı Cəbrayılda minaya düşüb

22 Yanvar 2021, 12:40 (GMT +4)
Bakı, Sumqayıt və Abşeronda şagirdlər həftədə 3, digər bölgələrdə isə 4-5 dəfə məktəbə gedəcək

22 Yanvar 2021, 12:30 (GMT +4)
Vətəndaş razı olmadığı halda cərimə yazan məmur cərimələnəcək

22 Yanvar 2021, 12:27 (GMT +4)
İlon Mask karbon qazının tutulması texnologiysının müəllifinə 100 milyon dollar ödəyəcək

22 Yanvar 2021, 12:17 (GMT +4)
SANA: İsrailin Suriyaya hava zərbələri nəticəsində bir ailənin 4 üzvü həyatını itirib (FOTO)

22 Yanvar 2021, 12:15 (GMT +4)
Avtomobillərdə pərdə, jalüz və plyonka çəkilməsi qaydasını Nazirlər Kabineti müəyyənləşdirəcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66