Avropa Birliyi İranda nüvə aliminə qarşı terror aktını pisləyib28 Noyabr 2020, 15:43 (GMT +4) Bakı 28 noyabr, SalamNews. B.Samid. Avropa Birliyi İranda nüvə aliminə qarşı törədilən ötən günkü terror aktını pisləyib və bu addımı cinayət adlandırıb.
SalamNews əl-Aləmə istinadla xəbər verir ki, bu barədə Avropa Birliyinin xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel açıqlama verib.
İranda ötən gün nüvə alimi Möhsün Fəxrizadəyə qarşı törədilən terror aktına münasibət bildirən AB rəsmisi sözügedən aktı cinayət adlandırıb.
AB rəsmisinin bəyanatında deyilir:
“20 noyabrda İran hökumətinin rəsmilərindən biri bir sıra mülki şəxslərlə birlikdə silahlı hücum nəticəsində qətlə yetiriliblər, bu cinayət əməlidir və Avropa Birliyinin insan hüquqları ilə bağlı prinsiplərinə ziddir.”
Qeyd edək ki, İranın XİN rəhbəri Məhəmməd Cavad Zərif ötən gün beynəlxalq təşkilatlardan terror aktı ilə bağlı lazımi addımların atılmasını istəmişdi.
|