Türkiyədə Fələstinin müdafiəsilə bağlı böyük konfrans keçirilib30 Noyabr 2020, 09:19 (GMT +4) Bakı 30 noyabr, SalamNews. B.Samid. Fələstinlilərlə beynəlxalq həmrəylik günü münasibətilə İstanbulda böyük videokonfrans keçirilib.
SalamNews Anadolu-a istinadla xəbər verir ki, bu videokonfransada Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan çıxış edərək, müsətqil və suveren Fələstin dövlətinin yaranması, 1967-ci ildən sonra işğal edilən ərazilərin azad edilməsi, Şərqi-Qüdsün Fələstinin paytaxtı kimi qəbul edilməsi yolunda Türkiyənin ciddi addımlar atacağını bildirib. Prezident bildirib ki, Türkiyə bütün müstəvilərdə Qüds məsələsini müdafiə edəcək.
Müsəlman Alimləri Birliyinin baş katibi Əli Mühyiddin Qaradaği də çıxış edərək, Türkiyənin Fələstinin yanında olacağını bildirib.
Bu konfransın fonunda “Qüds uğrunda parlamentlərarası liqa” adlı beynəlxalq qurum üçün yeni binanın açılışı da baş tutub.
Türkiyə mətbuatı konfransa qatılanların sayına görə, bu toplantını Fələstinlə bağlı ən böyük hesab edirlər.
|