Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“AzerGold” “Ağyoxuş” qızıl yatağını istismara verib (FOTO)

30 Noyabr 2020, 09:45 (GMT +4)

Bakı, 30 noyabr, SalamNews. “AzerGold” QSC regionlarda yeni mədənlərin işə salınması, iqtisadi səmərəliliyinin artırılması istiqamətində fəaliyyətini davam etdirir.

SalamNews xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, Prezident İlham Əliyev martın 19-da ölkə iqtisadiyyatının sabitliyinin davamlığının və xarici təsirlərə dayanıqlığının təmin edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi haqqında imzaladığı sərəncama uyğun olaraq QSC-nin nəzərdə tutduğu tədbirlər planı çərçivəsində Daşkəsəndə yerləşən “Çovdar” Filiz Emalı Sahəsinin bazasında “Çovdar” İnteqrəolunmuş Regional Emal Sahəsinin (ÇİRES) yaradılması qərara alınıb.

Layihənin icrası ilə tanışılıq məqsədilə noyabr ayının 28-də Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev və İqtisadiyyat nazirinin müavini, “AzerGold”un Müşahidə Şurasının sədri Rövşən Nəcəf “Çovdar” Filiz Emalı Sahəsində olublar.

“AzerGold”un İdarə Heyətinin sədri Zakir İbrahimov layihə barədə ətraflı məlumat verib. O qeyd edib ki, emal sahəsinin yaradılmasının əsas məqsədi istehsal prosesində mövcud maddi-texniki resurslardan mərkəzləşləşdirilmiş qaydada istifadə edilməklə müstəqil şəkildə iqtisadi səmərəsizlik riski daşıyan yataqların iqtisadi səmərəliliyinin təmin edilməsidir. ÇİRES-in fəaliyyəti layihələrin kapital və əməliyyat xərclərinin azaldılması, istehsal proseslərinin davamlılığının təmin edilməsi ilə yanaşı, həm də ətraf mühitə təsirlərin azaldılması və bölgədə iqtisadi fəallığın artırılmasına xidmət edir.

Tədbirdə layihənin icrasının ilkin mərhələsi olaraq 2017-ci ildə “AzerGold”un geoloqlarının “Çovdar” yatağının yaxınlığında kəşf etdiyi və bu ilin iyun ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin faydalı qazıntı ehtiyatları üzrə dövlət balansına daxil etdiyi “Ağyoxuş”un istismara verilməsi üzrə görülən işlər barədə geniş bəhs edilib. Qeyd edilib ki, hazırda “Ağyoxuş” yatağının birinci mərhələsi (“Ağyoxuş 1”) üzrə hasilat işlərinə başlanılır. “Ağyoxuş” nisbətən kiçik yataq hesab edilsə də, hazırda fəaliyyətdə olan “Çovdar” mədəninə yaxınlıqda yerləşməsi bu yatağın əlavə kapital qoyulmadan, eləcə də yeni emal zavodu və müvafiq infrastruktur qurulmadan istismarına şərait yaradır.

Z.İbrahimovun sözlərinə görə, “Ağyoxuş” yatağının işlənməsi üç istismar mərhələsindən ibarət olacaq (“Ağyoxuş 1”, “Ağyoxuş 2” və “Ağyoxuş 3”) və bütün mərhələlərin icrası Çovdar İnteqrəedilmiş Regional Emal Sahəsində həyata keçiriləcək. 2022-ci ilin sonuna qədər “Ağyoxuş” yatağının üç mərhələsi ilə yanaşı, “Çovdar” yatağının sulfid hissəsi üzrə hasilatından, eləcə də yaxınlıqda yerləşən digər - “Mərəh”, “Tülallar”, “Narçala” yataqlarının istismarından əldə ediləcək filizlərin də məhz burada emal edilməsi nəzərdə tutulur.

Tədbir çərçivəsində “Ağyoxuş” yatağında süxurların ilk dəfə partladılması prosesi həyata keçirilib. Partladılan filizlər emal üçün “Çovdar” sahəsinə daşınıb və buradakı mövcud emal xətti və digər istehsal infrastrukturundan istifadə edilməklə ilk dəfə emal edilib.

“Ağyoxuş” layihəsinin icrası bölgənin sosial-iqtisadi inkişafına mühüm töhfələr verəcək. Yatağın bütün mərhələlərinin istismarı çərçivəsində 100-dən çox daimi iş yerinin açılması planlaşıdırılır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

"AzerGold"la Britaniya şirkətlərinin əməkdaşlıq perspektivləri müzakirə olunub

“AzerGold” Azərbaycan Texniki Universiteti ilə əməkdaşlığa başlayır

"AzerGold"un kollektivi ordu sıralarından tərxis olunmuş əməkdaşlarıyla görüşüb

“AzerGold” ixracdan gəlirlərini 26 %-dən çox artırıb

“AzerGold”un istiqrazlarının ilk faiz ödənişləri həyata keçirilib

“AzerGold” və Heydər Əliyev Mərkəzi sikkələrin dizayn müsabiqəsinə başlayır

“AzerGold” və Heydər Əliyev Mərkəzi sikkələrin dizayn müsabiqəsinə başlayır

“AzerGold” QSC-nin fəaliyyəti nəticəsində indiyədək ölkə iqtisadiyyatına 527 milyon manatdan çox vəsait cəlb edilib

“AzerGold” indiyədək ölkə iqtisadiyyatına 527 milyon manat vəsait cəlb edib

"AzerGold" tədavülə istiqrazlar buraxacaq

AMEA-nın Geologiya və Geofizika İnstitutu və “AzerGold" QSC arasında işgüzar görüş olub

“AzerGold” istiqraz buraxmağa hazırlaşır

"AzerGold” bu il büdcəyə 6 milyon manat ödəniş edib

"AzerGold" qızıl-gümüş ixracından gəlirini 32% artırıb

“AzerGold” QSC növbəti civə partiyasını ixrac edib

"AzerGold" "Daşkəsən" yatağında geoloji kəşfiyyat işlərinə başlayır

“AzerGold” QSC birinci yarımilin yekunlarına dair onlayn müşavirə keçirib

“AzerGold” QSC-nin yeni saytı istifadəyə verilib

“AzerGold” irihəcmli ixrac əməliyyatlarını davam etdirir

“AzerGold” və “Regional İnkişaf” İctimai Birliyi sosial aksiya keçirib

21 Yanvar 2021, 15:25 (GMT +4)
Gəncədə “Eliş” ləqəbli narkotacir saxlanılıb

21 Yanvar 2021, 15:22 (GMT +4)
ABŞ 100 gün müddətinə deportasiyanı dayandırıb

21 Yanvar 2021, 15:16 (GMT +4)
İsraildə bir günə 8,174 nəfərin koronavirusa yoluxması qeydə alınıb

21 Yanvar 2021, 15:03 (GMT +4)
İcra başçısı vaksinasiya prosesinə hazırlıq işləri ilə tanş olub (FOTO)

21 Yanvar 2021, 14:52 (GMT +4)
Azərbaycanla Türkmənistan arasında Xəzərdə “Dostluq” yatağının birgə işlənməsinə dair Memorandum imzalanıb

21 Yanvar 2021, 14:42 (GMT +4)
Çində son sutkada 144 yeni koronavirusa yoluxma qeydə alınıb

21 Yanvar 2021, 14:33 (GMT +4)
Ötən il Azərbaycanda metanol istehsalı 24 %-dən çox artıb

21 Yanvar 2021, 14:21 (GMT +4)
Ötən il Azərbaycanda 3 106 əkiz, 117 üçəm, 4 dördəm doğulub

21 Yanvar 2021, 14:10 (GMT +4)
BMT ABŞ-ın Paris İqlim Sazişinə rəsmi olaraq nə zaman qayıdacağını açıqlayıb

21 Yanvar 2021, 14:02 (GMT +4)
Bağdadın mərkəzində silsilə partlayışlarda ölənlərin sayı 28-ə çatıb (VİDEO)

21 Yanvar 2021, 13:58 (GMT +4)
Ombudsman Səhiyyə Nazirliyinə müraciət edəcək

21 Yanvar 2021, 13:47 (GMT +4)
Azərbaycanda 2 927 kütləvi kitabxana, 239 muzey, 29 peşəkar teatr fəaliyyət göstərir

21 Yanvar 2021, 13:35 (GMT +4)
Bayden BMT Baş Katibini ABŞ-ın ÜST-ə qayıtdığı barədə məlumatlandırıb

21 Yanvar 2021, 13:31 (GMT +4)
Azərbaycanın populyar idman növləri açıqlanıb

21 Yanvar 2021, 13:21 (GMT +4)
Qax sakinindən narkotik vasitə və pnevmatik tapança götürülüb

21 Yanvar 2021, 13:10 (GMT +4)
Ötən il Azərbaycanda 3 500 kq-dən çox qızıl istehsal edilib

21 Yanvar 2021, 13:00 (GMT +4)
"Azəriqaz" ölkə ərazisində yaranan qaz təchizatı problemlərinin səbəbini araşdırır

21 Yanvar 2021, 12:58 (GMT +4)
Rusiyada son sutkada 21.887 koronavirusa yoluxma aşkar edilib

21 Yanvar 2021, 12:45 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

21 Yanvar 2021, 12:40 (GMT +4)
İngiltərə Kraliçası Baydenə xüsusi ismarıc göndərib

21 Yanvar 2021, 12:30 (GMT +4)
Sumqayıtda yük maşınlarının iştirakı ilə qəzalar olub, 3 nəfər xəsarət alıb

21 Yanvar 2021, 12:25 (GMT +4)
Bağdadın mərkəzində şiddətli partlayış törədilib, azı 8 ölü var (VIDEO)

21 Yanvar 2021, 12:20 (GMT +4)
Azərbaycan və Türkmənistan prezidentləri videokonfrans formatında görüşüb

21 Yanvar 2021, 12:10 (GMT +4)
XIN: Liviyada həbsdə olan Azərbaycan vətəndaşları ölkəyə gətirilib

21 Yanvar 2021, 12:08 (GMT +4)
İranda 20 Yanvar hadisələri ilə bağlı anım tədbiri keçirilib (FOTO)

21 Yanvar 2021, 12:00 (GMT +4)
Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb

21 Yanvar 2021, 11:57 (GMT +4)
Sobyanin Moskvadakı koronavirusla bağlı vəziyyəti dəyərləndirib

21 Yanvar 2021, 11:45 (GMT +4)
DİN sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib

21 Yanvar 2021, 11:30 (GMT +4)
Azərbaycan neftinin qiyməti 57 dollara yaxınlaşır

21 Yanvar 2021, 11:18 (GMT +4)
Çin Pompeo da daxil olmaqla 28 şəxsə qarşı sanksiya tətbiq edib 

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66