Dünyada COVID-19-a yoluxanların sayı 63 milyonu keçib30 Noyabr 2020, 11:09 (GMT +4) Bakı, 30 noyabr, SalamNews. Dünyada koronavirusa (COVID-19) yoluxma hallarının sayı 63 milyonu keçib.
SalamNews-un "Worldometer"ə istinadən verdiyi xəbərə görə, 30 noyabrda yoluxma hallarının sayı 63.072.855 milyona çatıb.
Ümumiyyətlə dünyada COVID-19-a yoluxma səbəbiylə 1 465 186 nəfər ölüb.
Təhlükəli virusdan sağalanların sayı 43 546 189 nəfərə çatıb.
|