Xınalığa 16 sm hündürlükdə qar yağıb30 Noyabr 2020, 11:15 (GMT +4) Bakı, 30 noyabr, SalamNews. Noyabrın 29-u axşam saatlarından başlayaraq Quba, Qusar və Xızı rayonlarının yüksək dağlıq ərazilərinə qar yağır.
Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən SalamNews-a bildiriblər ki, Qubanın Xınalıq kəndində 16, Qırızda 12, Xaltanda isə 8 santimetr qar yağıb. Xızının Altıağac qəsəbəsində isə qarın hündürlüyü 9 santimetrə çatır. Qar yağması ilə əlaqədar dağlıq ərazilərdə temperatur mənfi 5 dərəcəyədək aşağı düşüb. Ən aşağı temperatur Qubanın Qırız kəndində qeydə alınıb.
|