Şənbə-bazar günləri yaşayış yerini tərk edən 29 nəfər koronavirus xəstəsi barəsində cinayət işi başlanıb30 Noyabr 2020, 11:30 (GMT +4) Bakı, 30 noyabr, SalamNews. Respublikanın daxili işlər orqanları əməkdaşları tərəfindən şənbə və bazar günləri 29 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SalamNews-a bildirilib ki, onlardan 26 nəfərinin evlərinə qayıtmaları təmin edilib, 3 nəfəri isə xəstəxanaya yerləşdirilib.
Onların hamısı barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.
|