AMB depozit hərracında 200 mln. manat cəlb edib30 Noyabr 2020, 18:06 (GMT +4) Bakı, 30 noyabr, SalamNews. Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən keçirilmiş depozit hərracının nəticələri açıqlanıb.
AMB-dən SalamNews-a verilən məlumata görə, noyabrın 30-da Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilən növbəti depozit hərracında tələb 772,5 mln. manat, hərracın nəticəsində bağlanılan depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,01% təşkil edib.
Nəticədə, hərrac zamanı AMB 200 mln. manat vəsait cəlb edib.
|