Tramp Baydenin tezliklə sağalmağını diləyib30 Noyabr 2020, 12:16 (GMT +4) Баку, 30 ноября, SalamNews. ABŞ prezidenti Donald Tramp ölkədəki prezident seçkilərində qalib gələn demokrat Cozef Baydenin ayağının sınması ilə bağlı ona tezliklə sağalmağı diləyib.
"Tezliklə sağal", deyə Tramp Twitter-də Baydenin xəstəxanadan çıxarkən çəkilən görüntülərini şərh edərkən yazıb.
78 yaşlı Bayden köpəklə oynayarkən sağ ayağının pəncəsini zədələyib.
Kompüter tomoqrafiyası, ABŞ-ın gələcək prezidenti Baydenin ayağında iki sınığın olduğunu təsdiqləyib.
Ona ayaq pəncəsinin yan və orta sfenoid sümüklərinin sınığı diaqnozu qoyulub. Bir neçə həftə siyasətçi xüsusi ayaqqabı geyinməyə məcbur olacaq.
|