Dillər Universitetində Çin arzusu Günü qeyd olunub30 Noyabr 2020, 15:28 (GMT +4) Bakı, 30 noyabr, SalamNews. Azərbaycan Dillər Universitetinin Konfutsi İnstitutu Çinin milli bayramı - Çin arzusu Gününə həsr olunmuş onlayn tələbə seminarı keçirib.
Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çin arzusunun üç əsas hədəfindən - Çinin zəngin, qüdrətli, demokratik, sivilizasiyalı və sosialist dövlətinə çevrilməsi, Çin millətinin dirçəldilməsi və xalq üçün xoşbəxt həyat yaratmasından danışıb.
Seminarda iştirak edən ADU-nun çinşünaslıq ixtisasi üzrə təhsil alan tələbələri Azərbaycanın strateji nəqliyyat-iqtisadi qovşağı olan "İpək Yolu iqtisadi kəməri"ndə ticarət əlaqələrinin genişləndirilməsi, orta zənginlik Cəmiyyətinin yaradılması də daxil olmaqla, "Çin arzusu" konsepsiyasının yaranma tarixi, inkişafı və həyata keçirilmə şərtləri haqqında danışıblar.
|