İran nüvə aliminin terrora məruz qalmasının yeni detallarını açıqlayıb30 Noyabr 2020, 14:12 (GMT +4) Bakı 30 noyabr, SalamNews. B.Samid. İran nüvə alimi Möhsün Fəxrizadəni hədəfə alan terror aktının yeni detallarını açılayıb.
SalamNews İSNA-a istinadla xəbər verir ki, İranın Milli Təhlükəsizlik Ali Şurasının sədri Əli Şəmxani bu gün nüvə aliminin dəfn mərasimi çərçivəsində terror aktının yeni detallarını açıqlayıb.
O bildirib ki, İran təhlükəsizlik sistemi alimin bu yaxınlarda terrorun hədəfində olacağını bilirdi və buna görə onun təhlükəsizliyini artırmışdı.
O əlavə edib ki, düşmən yeni metoddan istifadə etməklə və daha peşəkar davranmaqla 20 ildir təhlükəsizliyi qorunan nüvə alimini terror etməyi bacarıb.
Qeyd edək ki, nüvə alimini qoruyan cangüdənlərdən biri sağ qalıb.
İran Kəşfiyyatı terror hadisəsinin səbəbkarlarının izinə düşdüyünü bildirib.
|