İsraillə əlaqələrini rəsmiləşdirən Bəhreyn iranlı nüvə aliminə qarşı terroru pisləyib01 Dekabr 2020, 09:25 (GMT +4) Bakı 1 dekabr, SalamNews, B.Samid. İranla gərgin əlaqələri olan və İsraillə münasibətlərini yenicə rəsmiləşdirən Bəhreyn krallığı Möhsün Fəxrizadəyə qarşı terroru pisləyib.
SalamNews Bəhreynin dövlət xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi bəyanat verib.
Bu bəyanatda bildirilib ki, Bəhreyn İranda nüvə aliminin terroruna etiraz edir və tərəfləri təmkinli olmağa çağırır.
Qeyd edək ki, bundan öncə BƏƏ də İranda nüvə aliminə qarşı terroru pisləyib. Bu iki ölkə İsraillə əlaqələri yenicə rəsmiləşdiriblər.
Qeyd edək ki, körfəzdə ərəb ölkələrindən yalnız Səudiyyə Ərəbistanı bu terrora münasibət bildirməyib.
|