Səudiyyə İsrail təyyarələrinin hava məkanından keçməsinə icazə verib - Reuters01 Dekabr 2020, 09:58 (GMT +4) Bakı, 1 dekabr, SalamNews, B.Samid. Səudiyyə Ərəbistanı İsrailin ticarət təyyarələrinin krallığın hava məkanından keçərək BƏƏ və Bəhreynə getməsinə icazə verib.
SalamNews xəbər verir ki, bu barədə ABŞ-ın böyük rəsmilərindən biri Reuters-ə açıqlamasında məlumat verib.
Donald Tramp Administrasiyasında olan yüksək rəsmilərdən biri açıqlayıb ki, Səudiyyə Ərəbistanı 30 noyabr tarixində İsrailin ticarət təyyarələrinin krallığın səmasından keçərək, Bəhreyn və BƏƏ-ə getməsinə icazə verib.
Əlavə edilib ki, bu icazə Donald Trampın müşaviri Carid Kuşnerlə Səudiyyə Ərəbistanı rəsmiləri arasında danışıqlardan sonra əldə edilib.
Qeyd edək ki, İsrail baş naziri Benyamin Netanyahu ötən ay gizli şəkildə Səudiyyə Ərəbistanında səfərdə olub və vəliəhd Məhəmməd bin Salmanla görüşüb.
|