Təhsil Nazirliyi: 13 mindən çox tələbənin təhsil haqqı ödənilib01 Dekabr 2020, 11:45 (GMT +4) Bakı, 1 dekabr, SalamNews. Təhsil Nazirliyi e-telebe.edu.az portalına müraciətlərin vaxtını dekabrın 10-dək uzadıb.
Nazirlikdən SalamNews-a verilən məlumata görə, məqsəd sosial həssas ailə qrupuna aid tələbələrin dövlət dəstəyi vasitəsilə təhsil haqqı xərclərinin ödənilməsində maksimum əhatəni təmin etməkdir.
Qeyd olunub ki, 13 862 tələbənin təhsil haqqı xərcləri dövlət tərəfindən ödənilib.
|