Türkiyə-Rusiya Ortaq Monitorinq Mərkəzinin qurulması ilə bağlı saziş imzalanıb01 Dekabr 2020, 12:45 (GMT +4) Bakı, 1 dekabr, SalamNews. Türkiyə-Rusiya Ortaq Monitorinq Mərkəzinin qurulması ilə bağlı saziş imzalanıb.
SalamNews-un məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bəyanat verib.
Qeyd olunur ki, noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri arasında əldə edilən üçtərəfli bəyanatdan sonra noyabrın 11-də Türkiyə və Rusiya müdafiə nazirləri Hulusi Akar və Sergey Şoyqu arasında razılaşmanın layihəsi onlayn formatda imzalanmışdı.
Türkiyə-Rusiya Ortaq Monitorinq Mərkəzinin fəaliyyəti ilə əlaqədar texniki detalların müzakirəsi başa çatdıqdan sonra yekun razılaşma imzalanıb. Mərkəzin ən qısa zamanda fəaliyyətə başlaması üçün işlər aparılır.
|