ÜST dünyada COVID-19-a yoluxma hallarının sayında azalma qeydə alıb01 Dekabr 2020, 12:24 (GMT +4) Bakı, 1 dekabr, SalamNews. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) sentyabrın əvvəllərindən bəri ilk dəfə dünyada koronavirusa yoluxmanın sayında azalma qeydə alıb.
SalamNews -un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə təşkilatın baş direktoru Tedros Adhanom Gebreyesus məlumat verib.
O bunun Avropada yoluxma hallarının azalması ilə əlaqəli olduğunu, "tətbiq olunan effektiv, amma mürəkkəb tədbirlər sayəsində mümkün olduğunu" bildirib.
"Bu yaxşı xəbərdir, amma bunu çox diqqətlə dəyərləndirməliyik", o bildirib.
|