Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Prezident İlham Əliyev üçtərəfli bəyanatın detallarını ilk dəfə şərh edib

01 Dekabr 2020, 12:50 (GMT +4)

Bakı, 1 dekabr, SalamNews. “Bildirməliyəm ki, noyabrın 10-da imzalanmış Bəyanat icra edilir. Burada istərdim ki, Azərbaycan xalqı da bilsin, bəzən buna noyabrın 9-da imzalanmış bəyanat deyirlər, bəzən noyabrın 10-da. Mən bu bəyanatı Rusiya Prezidenti Vladimir Putinlə ikimiz videokonfrans vasitəsilə Bakı vaxtı ilə noyabrın 10-da imzalamışam. Bizim Rusiya ilə bir saat fərqimiz var”.

SalamNews xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.

Dövlət başçısı bildirib ki, bu uyğunsuzluq buna görədir:

“Ona görə, noyabrın 10-da imzalanmış Bəyanat icra edilir. Mən imzalanma mərasimindən sonra bu bəyanatı olduğu kimi Azərbaycan xalqının diqqətinə çatdırdım və bir daha göstərdim ki, bizim bütün işlərimiz şəffafdır. Mən xalqın gözü qarşısında bunu imzalamışam, böyük qürur hissi ilə imzalamışam, qalib kimi imzalamışam. Bu Bəyanatın bütün mətnini Azərbaycan xalqının diqqətinə çatdırdım. Bu gün isə artıq münaqişə arxada qalandan sonra bu Bəyanatın icrasını şərh etmək istərdim.

Deməli, birinci bənddə göstərilən məsələlər artıq təmin edilib. Noyabrın 10-dan başlayaraq atəşkəs təmin edilibdir. Hərdənbir Ermənistan tərəfindən atəşkəsin pozulması halları olur. Biz isə layiqli cavab veririk. Ancaq Azərbaycan tərəfindən atəşkəsin pozulması halları olmamışdır və bütövlükdə, atəşkəs təmin edilir.

İkinci bənddə göstərilir ki, noyabrın 20-də Ağdam rayonu Azərbaycan Respublikasına qaytarılır. Bu, təmin edildi.

Üçüncü bənddə göstərilir ki, Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 zirehli hərbi texnikasından, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir. Bu, təmin edildi.

Dördüncü bənddə göstərilir ki, bu Bəyanatın müddəti 5 ildir. Əgər, müddətin bitməsinə 6 ay qalmış tərəflər buna etiraz etməsələr, bu Bəyanat və bu razılaşma uzadılır. Bu, aydın məsələdir. Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır. Bu Bəyanat imzalananda bu bənd o qədər də geniş açıqlanmamışdır. Ancaq biz bunu imzalayanda, artıq razılaşmışdıq ki, bu mərkəz Türkiyə-Rusiya mərkəzi olacaqdır və bu da artıq öz həllini tapıb.

Sonra altıncı bənddə göstərilir ki, Ermənistan Respublikası 15 noyabrda Kəlbəcər rayonunu və 1 dekabr tarixinədək Laçın rayonunu qaytarır. Bildiyiniz kimi, Rusiya tərəfi bizə müraciət edərək bir qədər vaxt istəyib. Kəlbəcər rayonunun bizə qaytarılması 15 noyabrda yox, 25 noyabrda artıq təmin edilib. Altıncı bəndin bu hissəsi icra edilib. Laçın rayonu Azərbaycana qaytarılıb. Laçın dəhlizi Şuşa şəhərinə toxunmayacaq 5 kilometr enliyində Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır. Mən bu bəndi artıq şərh etmişdim. Bunun ilkin variantında 30 kilometr, ondan sonra eni 10 kilometr və bu, Rusiya sülhməramlı kontingentinin yox, erməni silahlı qüvvələrinin nəzarəti altında qalırdı, onu da biz bu Bəyanatdan çıxartdırdıq. Göstərilir ki, tərəflərin razılığı əsasında növbəti 3 il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək. Bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. Mən bu məsələni də şərh etmək istərdim. Burada nə göstərilir? İndi hamı yaxşı bilir ki, Laçın dəhlizi Laçın şəhərinin içindən keçir. Beləliklə, Laçın şəhəri o dəhlizin ortasında qalır. Mən isə Rusiya Prezidenti ilə söhbətlər əsnasında deyirdim ki, Laçın şəhəri də bizə qayıtmalıdır. Ona görə biz təklif edirik ki, yeni bir dəhliz inşa edilsin. Dağlıq Qarabağı Ermənistanla birləşdirən yeni bir dəhlizin marşrutu işlənilsin və inşa edilsin. Burada vaxt da göstərilib - 3 il ərzində. Ancaq mən hesab edirəm ki, biz bunu daha tez müddətdə edə bilərik. Yeni dəhlizin parametrləri müəyyən olunandan sonra Laçın şəhəri də bizə qaytarılacaqdır. Bu, xüsusi diqqətəlayiq məsələdir. Çünki əgər mən bunu bu Bəyanata saldırmasaydım, Laçın dəhlizi Laçın şəhərini həmişə əhatə edəcəkdi.

Yeddinci bənddə göstərilir ki, məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır. Bu da önəmli məsələdir. Azərbaycan vətəndaşları Dağlıq Qarabağın bütün yerlərinə qayıtmalıdırlar, harada ki, onlar əvvəl yaşayıblar. Bu məsələyə artıq BMT nəzarət edəcək. Əlbəttə, bunun vaxtı var. Bu, növbəti təmaslar əsnasında həll olunacaqdır.

Səkkizinci bənddə göstərilir ki, hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilir. Artıq bu proses davam edir - həm cəsədlərin mübadiləsi, həm əsirlərin və girovların.

Doqquzuncu bənddə göstərilir ki, bölgədəki bütün iqtisadi nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir və tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək. Bu 9-cu bənd sırf mənim təkidim nəticəsində Bəyanata salınmışdır. Çünki müzakirə olunan, uzun illər müzakirə olunan sülh planında belə açıq-aydın müddəa yox idi. Yəni, nəzərə alınırdı ki, bütün kommunikasiyalar açılacaqdır və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsini birləşdirən dəhliz haqqında söz getmirdi. Hesab olunurdu ki, bu ümumi ifadə bunu ehtiva edir. Burada isə konkret göstərildi ki, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında dəhliz yaradılır və bu dəhlizin təhlükəsizliyini Ermənistan yox, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Yəni, bu dəhliz tam təhlükəsiz olacaq. Eyni zamanda, ikinci məsələ - tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası - bu məsələni tam və gələcəyə hesablanmış çərçivədə həll etmək üçün əlavə də bənd salındı. Yəni, bu, nə deməkdir? O deməkdir ki, iki dəhliz olmalıdır. Əgər lazım olsa, iki dəhliz olmalıdır. Bu, bizim tarixi nailiyyətimizdir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Prezident İlham Əliyev Rəşad Nəbiyevi videoformatda qəbul edib

Prezident İlham Əliyev “Azərkosmos”un sədrini vəzifəsindən azad edib

Prezident İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib (VİDEO)

Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib (FOTO)

İlham Əliyev: XX əsrdə belə barbarlıq, şəhərlərin və kəndlərin qəsdən məhv edilməsi görünməyib

İlham Əliyev Türk Şurasının Baş katibini videoformatda qəbul edib (YENİLƏNİB)

Prezident İlham Əliyev Şuşa icra hakimiyyətinin binası ilə tanış olub

İlham Əliyev: Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cıdır düzündə olublar (FOTO)

Prezident İlham Əliyev Şuşada Azərbaycan bayrağını qaldırıb

Prezident İlham Əliyev Füzuli rayonunda Füzuli-Şuşa yolunun və hava limanının təməlini qoyub, Şuşa şəhərində səfərdə olub

Mehriban Əliyeva Prezident İlham Əliyevlə Şuşaya səfəri zamanı Füzulidən paylaşım edib (VİDEO)

Prezident İlham Əliyev Şuşaya yola düşüb (VİDEO)

Prezident İlham Əliyevin Rusiyaya səfəri başlayıb

Prezident İlham Əliyev Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyətinə münasibət bildirib

Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunan videoformatda müşavirə keçirilib

İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib

Prezident İlham Əliyev Anar Kərimovu videoformatda qəbul edib

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Teymur Rəcəbovu təbrik ediblər

İlham Əliyev: 2020-ci il tarixdə bizim şanlı Qələbəmiz ili kimi qalacaq

28 Yanvar 2021, 15:55 (GMT +4)
DİN metal qəbulu məntəqələri ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib

28 Yanvar 2021, 15:41 (GMT +4)
Rusiyada Azərbaycanın ev-pavilyonu açılacaq

28 Yanvar 2021, 15:21 (GMT +4)
Azərbaycanda nazirlik əməkdaşlarına silahlı hücum olub, 3 nəfər yaralanıb

28 Yanvar 2021, 15:12 (GMT +4)
ÜST mütəxəssisləri COVID-19-un mənşəyini araşdırmağa başlayıb

28 Yanvar 2021, 14:57 (GMT +4)
Sabirabad sakinindən 3 kq-dan artıq narkotik götürülüb

28 Yanvar 2021, 14:44 (GMT +4)
Bölgələrdə mineral gübrələrin səyyar satışına hazırlıq başa çatır

28 Yanvar 2021, 14:42 (GMT +4)
Çində son sutkada 82 koronavirusa yoluxma aşkar edilib  

28 Yanvar 2021, 14:40 (GMT +4)
Yeni ABŞ hökuməti və İran nüvə sazişilə bağlı ilk mesajlarını göndəriblər

28 Yanvar 2021, 14:30 (GMT +4)
Bakıda qətlə yetirilərək zibil qutusuna atılan qadını qaynatasının öldürdüyü məlum olub

28 Yanvar 2021, 14:16 (GMT +4)
Rusiyada son sutkada 19.138 nəfərdə koronavirusa yoluxma aşkar edilib

28 Yanvar 2021, 14:16 (GMT +4)
NK: Fevralın 1-dən restoranlar şənbə və bazar günləri də yerində xidmət göstərə biləcək

28 Yanvar 2021, 14:06 (GMT +4)
Vüsal Qasımlı: Debet və kredit kartları ilə aparılan əməliyyatların həcmi tarixi maksimuma çatıb

28 Yanvar 2021, 13:58 (GMT +4)
Gürcüstan Prezidenti: Gürcüstan, Azərbaycan, Ermənistan bölgədə təhlükəsizliyi təmin etməlidir

28 Yanvar 2021, 13:55 (GMT +4)
Azərbaycanda ötən il ödəniş kartları ilə 118 milyon əməliyyat aparılıb

28 Yanvar 2021, 13:44 (GMT +4)
Bakının məktəb direktorları ilə əyani təhsilə hazırlıq işləri müzakirə olunub

28 Yanvar 2021, 13:34 (GMT +4)
Müdafiə Nazirliyi: Nəcməddin Sadıkov Azərbaycan Ordusundan ehtiyata buraxılıb

28 Yanvar 2021, 13:25 (GMT +4)
AAYDA: M1 magistralının bir hissəsində təmir-bərpa işlərinin ilk mərhələsi bitir

28 Yanvar 2021, 13:15 (GMT +4)
Prezident Bakıda yeni tikilən iki məktəbdə yaradılan şəraitlə tanış olub (FOTO)

28 Yanvar 2021, 13:02 (GMT +4)
Blinken: ABŞ-Çin əlaqələri getdikcə düşmənçilik münasibətlərinə çevrilir

28 Yanvar 2021, 13:00 (GMT +4)
Daha 401 ailə Hövsan Yaşayış Kompleksində güzəştli mənzilə sahib olub

28 Yanvar 2021, 12:59 (GMT +4)
Cavad Zərif regiona səfəri çərçivəsində Yerevandan Tiflisə gedib

28 Yanvar 2021, 12:45 (GMT +4)
Türkiyəli psixoloqlar qazi və şəhid ailələrinin reabilitasiyasına başlayıb

28 Yanvar 2021, 12:30 (GMT +4)
MİQ üzrə onlayn müsahibələrə elektron qeydiyyat başa çatıb

28 Yanvar 2021, 12:28 (GMT +4)
Qırğızıstanın yeni prezidenti Sadır Japarov rəsmi olaraq vəzifəsinə başlayıb

28 Yanvar 2021, 12:17 (GMT +4)
ABŞ hökuməti Tramp Administrasiyasının fələstinlilərə qarşı bəzi qərarlarını ləğv edəcəyini bildirib

28 Yanvar 2021, 12:15 (GMT +4)
ƏƏSMN: Ötən il əmək qanunvericiliyi 955 dəfə pozulub

28 Yanvar 2021, 12:00 (GMT +4)
“Azərkosmos”un rəhbərliyinə müvəqqəti təyinat olub

28 Yanvar 2021, 11:53 (GMT +4)
Argentinada son sutkada 10 mindən çox koronavirusa yoluxma aşkar edilib

28 Yanvar 2021, 11:45 (GMT +4)
Abşeronda 21 min manatlıq oğurluq edən şəxs tutulub

28 Yanvar 2021, 11:31 (GMT +4)
Bayden İqlim Dəyişikliyi ilə mübarizə haqqında fərmanlar imzalayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66