Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Ombudsman Ermənistanın muzdluları barədə beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

01 Dekabr 2020, 14:08 (GMT +4)

Bakı, 1 dekabr, SalamNews. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistanın hərbi-siyasi rəhbərliyinin etnik təmizləmə və qeyri-qanuni məskunlaşdırma siyasəti, o cümlədən hərbi əməliyyatlarda terrorçu qruplaşmalardan və muzdlulardan istifadə etməklə Azərbaycana qarşı törətdiyi müharibə cinayətləri barədə beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.

Ombudsman Aparatının Mətbuat Xidmətindən SalamNews-a verilən məlumata görə, müraciətdə Azərbaycanın işğal edilmiş torpaqlarında Ermənistan tərəfindən əhalinin sayını süni şəkildə artırmaq və bununla da həmin ərazilərdə demoqrafik vəziyyəti öz xeyrinə dəyişmək məqsədilə Livan, Suriya, İraq və digər ölkələrdən olan etnik ermənilərin həmin işğal olunmuş ərazilərə köçürülməsi ilə etnik təmizləmə və qeyri-qanuni məskunlaşma siyasəti aparıldığı bildirilib.

Müraciətdə, habelə qeyd olunan bu fəaliyyətlə işğalçı Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən 1949-cu il Cenevrə Konvensiyaları və ona əlavə protokolları, Haaqa Konvensiyalarını, eləcə də Ermənistanın öz üzərinə götürdüyü digər öhdəlikləri, habelə öz daxili qanunvericiliyinin tələblərini kobudcasına pozduğu vurğulanıb. Ombudsmanın müraciətində Ermənistanın siyasi manevr edərək 27 oktyabr 2020-ci il tarixində Azərbaycan tərəfindən 1997-ci ildə ratifikasiya olunmuş BMT-nin “Muzdluların cəlb edilməsinə, onlardan istifadə olunmasına, onların maliyyələşdirilməsinə və təliminə qarşı mübarizə haqqında Beynəlxalq Konvensiya”sını ratifikasiya etməsi, buna baxmayaraq, muzdluları silahlı münaqişələrə cəlb edərək bu Konvensiyanın da tələblərinə biganə münasibət və aşkar surətdə hörmətsizlik nümayiş etdirdiyi qeyd edilib. Bununla yanaşı, müraciətdə Ermənistan tərəfindən hərbi əməliyyatlara müxtəlif terrorçu qruplaşmaların üzvləri və muzdluların cəlb edilməsinə dair faktlar diqqətə çatdırılıb.

Müvəkkil müraciətində beynəlxalq təşkilatları Ermənistanın etnik təmizləmə və qeyri-qanuni məskunlaşdırma siyasətini, eləcə də muzdluları, terrorçu qruplaşmaları münaqişəyə cəlb etməklə beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozması faktlarını araşdırmağa və həmin cinayət əməllərinə qarşı beynəlxalq hüquqi məsuliyyət müəyyən edən tədbirlər görməyə çağırıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Ombudsman Aparatında 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı videokonfrans təşkil edilib

Ombudsman Aparatı: Gəncədə ölənlərin və yaralıların sayında artım ola bilər

Ombudsman Aparatı ermənilərin sərhəddəki təxribatı ilə bağlı açıqlama yayıb

Ombudsman Aparatı COVID-19-a qarşı mübarizə üzrə dəstək kampaniyasına qoşulub

Ombudsman aparatı nümayəndələri hərbi hissədə olublar

Ombudsman aparatı nümayəndələri hərbi hissədə olublar

Ombudsman Aparatının nümayəndələri hərbi təhsil müəssisələrində olublar

Ombudsman Aparatı Emin Aslanovla bağlı məlumat yayıb

Ombudsman aparatının nümayəndələri hərbi hospitalda olublar

Ombudsman aparatının əməkdaşı hərbi hospitalda olub (FOTO)

Müdafiə nazirliyi ilə Ombudsman Aparatı birgə tədbirlər planı imzalayıb

Ombudsman aparatının nümayəndələri cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olublar

Ombudsman aparatının nümayəndələri hərbi təhsil müəssisələrində olublar

Ombudsman aparatının nümayəndələri ön xətdəki bölmələrdə olublar

Ombudsman aparatının nümayəndələri hərbi hissələrə baş çəkiblər

Ombudsman Aparatının nümayəndələri Mehman Hüseynova baş çəkiblər

Ombudsman Aparatında istehlakçıların hüquqlarının müdafiəsi məsələsi müzakirə edilib

Ombudsman aparatının nümayəndələri hərbi hissələrə baxış keçiriblər (FOTO)

Ombudsman Aparatında Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunan “dəyirmi masa” keçirilib

Hərbi dənizçilərlə Ombudsman Aparatı nümayəndələrinin görüşü keçirilib

23 Yanvar 2021, 18:19 (GMT +4)
ABŞ-da koronavirusdan ölənlərin sayı ikinci dünya müharibəsində ölənlərin sayından çoxdur

23 Yanvar 2021, 17:06 (GMT +4)
Rusiya DİN Moskvada keçirilən icazəsiz aksiyalarla bağlı açıqlama yayıb

23 Yanvar 2021, 17:00 (GMT +4)
Azərbaycanda neft hasilatı artacaq

23 Yanvar 2021, 16:58 (GMT +4)
Moskvada müxalifətçilərin həbsləri başlayıb (VİDEO)

23 Yanvar 2021, 16:50 (GMT +4)
Ukraynada ötən gün 5000-dək COVID-19 xəstəsi qeydə alınıb

23 Yanvar 2021, 16:50 (GMT +4)
MN: Vətən müharibəsindən qayıdanlarla bağlı komissiya 5 298 müraciətə baxıb

23 Yanvar 2021, 16:45 (GMT +4)
İsmayıl Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib

23 Yanvar 2021, 16:40 (GMT +4)
Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti sabah Strasburqa yola düşəcək

23 Yanvar 2021, 16:30 (GMT +4)
Rusiya fondu “Sputnik V” peyvəndinin Türkiyədə istehsalına dair razılığa gəlib

23 Yanvar 2021, 16:30 (GMT +4)
SOCAR-ın Müşahidə Şurasının tərkibi təsdiqlənib

23 Yanvar 2021, 16:26 (GMT +4)
Ballistik raketlər İranın müdafiə məsələsidir, heç vaxt müzakirə obyekti ola bilməz – Abbas Əraqçi

23 Yanvar 2021, 16:15 (GMT +4)
Prezident SOCAR-ın idarə edilməsinin təkmilləşdirilməsinə dair fərman imzalayıb

23 Yanvar 2021, 16:00 (GMT +4)
S&P: 2021-ci ildə manatın məzənnəsi sabit qalacaq

23 Yanvar 2021, 15:45 (GMT +4)
Abşeronda silsilə oğurluqlar edən şəxs saxlanılıb

23 Yanvar 2021, 15:40 (GMT +4)
Pekində ÜST normasından 8 dəfə artıq hava çirkliliyi qeydə alınıb

23 Yanvar 2021, 15:30 (GMT +4)
Azərbaycanda 22 kq-dan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

23 Yanvar 2021, 15:25 (GMT +4)
İran koronavirusa qarşı peyvəndlərin kütləvi şəkildə vurulmasına gələn həftələrdə başlayacaq - Ruhani

23 Yanvar 2021, 15:15 (GMT +4)
Salyan Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru həkimlərin maaşını mənimsəyib

23 Yanvar 2021, 15:09 (GMT +4)
Ermənistanda yol qəzasında rusiyalı əsgər ölüb

23 Yanvar 2021, 15:00 (GMT +4)
ƏƏSMN: 2 783 şəhidin ailə üzvünə sosial ödənişlər təyin olunub

23 Yanvar 2021, 14:45 (GMT +4)
Əli Abbasova AMEA-da yeni vəzifə verilib

23 Yanvar 2021, 14:30 (GMT +4)
Azərbaycan nefti 1%-ə yaxın ucuzlaşıb

23 Yanvar 2021, 14:15 (GMT +4)
MN Cəbrayıl rayonunun Aşağı Maralyan kəndindən videogörüntülər yayıb (VİDEO)

23 Yanvar 2021, 14:15 (GMT +4)
 Almaniyada son sutkada 16.417 yeni koronavirusa yoluxma aşkar edilib

23 Yanvar 2021, 14:02 (GMT +4)
Yəməndən Səudiyyə Ərəbistanın paytaxtına ballistik raket atılıb (VİDEO)

23 Yanvar 2021, 14:00 (GMT +4)
Azərbaycan Ordusunun şəhid olmuş hərbi qulluqçusu Qubada dəfn olunub (FOTO)

23 Yanvar 2021, 13:56 (GMT +4)
Kanada Baş naziri və Bayden fevral ayında görüşməyi planlaşdırır

23 Yanvar 2021, 13:45 (GMT +4)
Azərbaycanda ötən il 183 ton yod istehsal edilib

23 Yanvar 2021, 13:30 (GMT +4)
İsmayıllıda Vətən müharibəsinin qəhrəmanları və ailələri ilə görüşlər davam edir (FOTO)

23 Yanvar 2021, 13:24 (GMT +4)
ÜST COVID-19-un yeni növündən ölüm sayının artmasına münasibət bildirib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66