İraqı qorumaq üçün Amerika qoşunlarına ehtiyacımız yoxdur - Deputat01 Dekabr 2020, 17:22 (GMT +4) Bakı, 1 dekabr, SalamNews, B.Samid. “İraqın suverenliyini qorumaq üçün ABŞ-ın İraqda qalmasına ehtiyac yoxdur.”
SalamNews Eastnews-a istinadla xəbər verir ki, İraq parlamentinin xarici əlaqələr komitəsinin üzvü ABŞ əsgərlərinin ölkədən çıxarılmasının vacibliyini vurğulayıb.
Amir Fayiz verdiyi açıqlama zamanı bildirib ki, İraqın suverenliyini qorumaq üçün ABŞ-ın İraqda qalmasına ehtiyac yoxdur: "İraqın suverenliyini qorumaq və İŞİD-in qalıqlarını məhv etmək üçün Amerika qoşunlarının İraqda qalmasına ehtiyacımız yoxdur, çünki onlar özləri İraq suverenliyini pozurlar. Bağdad hava limanındakı qətliamdan və general Qasim Süleymani və Əbu Mehdi Mühəndisin terror edilməsindən sonra amerikalılar İraqın suverenliyini pozub". O qeyd edib ki, İraq təhlükəsizlik qüvvələri ölkədəki vəziyyəti nəzarətə götürə bilir: "Hökumət ABŞ-ın İraqdakı varlığını sona çatdırmaq və işi yekunlaşdırmaq üçün dərhal hərəkətə keçməlidir".
|