Eyfel qülləsi dekabr ayında ziyarətçilər üçün açılacaq02 Dekabr 2020, 09:13 (GMT +4) Bakı, 2 dekabr, SalamNews. Oktyabr ayının sonunda bağlanan Eyfel Qülləsi ilk ziyarətçilərini 16 dekabrda qəbul edəcək.
SalamNews xəbər verir ki, bu barədə turistik məkanın rəsmi saytında məlumat verilib.
"16 dekabr 2020-ci il tarixindən etibarən Eyfel Qülləsinin açılışını elan etməkdən məmnunluq duyuruq. Biletlərinizi dərhal onlayn sifariş edin", məlumatda deyilir.
Qüllə turistlər üçün Paris vaxtı ilə 10:30-dan 18:30-a qədər açıq olacaq.
Ziyarətçiləri mümkün qədər ən yaxşı şəraitdə qarşılamaq üçün ən sərt sanitariya tədbirləri görüləcək.
|