İran Qarabağda yenidənqurma işlərində iştirak etməyə hazır olduğunu bildirib02 Dekabr 2020, 09:22 (GMT +4) Bakı, 2 dekabr, SalamNews, B.Samid. “İran Qarabağda yenidənqurma işlərində, bölgədə tranzit və enerji sahəsində bütün iqtisadi imkanlarını ortaya qoymağa hazırdır.”
SalamNews xəbər verir ki, bunu İranın birinci vitse-prezidenti İshaq Cahangiri Şanxay Əməkdaşlıq Təşkilatının videokonfransında çıxışı zamanı deyib.
O, bildirib ki, ölkəsi Qarabağda bölgələrin yenidənqurması məsələsində, tranzit və enerji sahələrində imkanlarını ortaya qoymağa hazırdır.
“Hər iki dövlət bir sıra beynəlxalq əhəmiyyətli iqtisadi layihələri həyata keçirirlər. Bu layihələrdən təkcə Azərbaycan və İran deyil, bütün region dövlətləri yararlana bilər”, deyə İranın vitse-prezidenti iki ölkə əlaqələrinin sürətlə inkişafda olduğunu bildirib.
|