Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

“Qarabağ” ordeninin statutu müəyyənləşib

02 Dekabr 2020, 14:37 (GMT +4)

Bakı, 2 dekabr, SalamNews. “Qarabağ” ordeni ilə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunmasında, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində igidlik və mərdlik nümunəsi göstərmiş, hərbi əməliyyatlar zamanı həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu və hərbi qulluq vəzifəsini yerinə yetirərkən mərdlik və qətiyyət nümayiş etdirmiş, Azərbaycan Respublikasının dövlət sərhədinin bərpa və mühafizə edilməsində xüsusi xidmət göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları, habelə ərazi bütövlüyünün təmin edilməsi sahəsində xüsusi xidmətlərinə görə digər şəxslər təltif edilir.

SalamNews-un məlumatına görə, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən “Qarabağ” ordeninin statutuna əsasən, döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər ordenləri və medalları olduqda, “Zəfər” ordenindən sonra taxılır.

“Qarabağ” ordeni 900 əyarlı qızıldan hazırlanmış, yuxarı hissəsi hər iki ucu bükülmüş lent formalı, qalan hissəsi üç təbəqəli konturlanmış 41 mm x 37 mm ölçülü oval formalı lövhədən ibarətdir.

Ordenin ön tərəfində lentin mərkəzində “QARABAĞ” sözü yazılmışdır. Lövhənin daxili konturunun içərisində tünd yaşıl minalı fonda dəbilqə, iki kəsişən qılınc, aypara və ulduzdan ibarət kompozisiya təsvir olunmuşdur. Lövhənin aşağı hissəsindən yuxarıya doğru sol və sağ tərəflərdə palıd çələngləri təsvir olunmuşdur. Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.

Ordenin arxa tərəfi hamar səthlidir, mərkəzində ordenin seriyası və nömrəsi həkk olunmuşdur.

Orden paltara bərkidilmək üçün elementi olan 52 mm x 15 mm ölçülü tünd yaşıl minalı bükülmüş lent formalı lövhəyə iki halqa və ilgək vasitəsilə birləşdirilir. Lövhənin üzərində üfüqi vəziyyətdə nizələr həkk olunmuşdur. Lentin mərkəzində dairəvi lövhə yerləşdirilmişdir. Dairəvi lövhənin mərkəzindən yuxarı hissəsində üzəri xətlərlə işlənmiş ikitərəfli şüalı səkkizguşəli ulduz həkk olunmuşdur. Dairəvi lövhənin aşağı hissəsindən yuxarıya doğru sol və sağ tərəflərdə səkkizguşəli ulduzu əhatə edən dəfnə çələngləri təsvir olunmuşdur. Ordenə paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 52 mm x 10 mm ölçüdə qəlib əlavə edilir.

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Prezident İlham Əliyev Şuşa icra hakimiyyətinin binası ilə tanış olub

İlham Əliyev: Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cıdır düzündə olublar (FOTO)

Prezident İlham Əliyev Şuşada Azərbaycan bayrağını qaldırıb

Prezident İlham Əliyev Füzuli rayonunda Füzuli-Şuşa yolunun və hava limanının təməlini qoyub, Şuşa şəhərində səfərdə olub

Mehriban Əliyeva Prezident İlham Əliyevlə Şuşaya səfəri zamanı Füzulidən paylaşım edib (VİDEO)

Prezident İlham Əliyev Şuşaya yola düşüb (VİDEO)

Prezident İlham Əliyevin Rusiyaya səfəri başlayıb

Prezident İlham Əliyev Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyətinə münasibət bildirib

Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunan videoformatda müşavirə keçirilib

İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib

Prezident İlham Əliyev Anar Kərimovu videoformatda qəbul edib

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Teymur Rəcəbovu təbrik ediblər

İlham Əliyev: 2020-ci il tarixdə bizim şanlı Qələbəmiz ili kimi qalacaq

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarını Həmrəylik Günü münasibəti ilə təbrik edib

Mixail Qusman Prezident İlham Əliyevi təbrik edib

Rusiyanın “Vedomosti” nəşri Prezident İlham Əliyevi “İlin siyasətçisi” elan edib

Aleksandr Lukaşenko Prezident İlham Əliyevi təbrik edib

Prezident İlham Əliyev Ermənistana xəbərdarlıq edib

Prezident İlham Əliyev hərbi əməliyyatların bəzi təfərrüatlarını açıqlayıb

16 Yanvar 2021, 17:00 (GMT +4)
COVİD-19 əleyhinə vaksinasiya ilə əhatə olunacaq yüksək riskli qruplar açıqlanıb

16 Yanvar 2021, 16:50 (GMT +4)
Zaqatala sakini narkotik vasitə ilə saxlanılıb

16 Yanvar 2021, 16:45 (GMT +4)
Braziliyada koronavirusun yeni növünə ikinci dəfə yoluxma qeydə alınıb

16 Yanvar 2021, 16:30 (GMT +4)
Azərbaycan buğda idxalını 14 % azaldıb

16 Yanvar 2021, 16:27 (GMT +4)
ABŞ-ın səhiyyə naziri Vaşinqtondakı iğtişaşlar səbəbilə istefa verib

16 Yanvar 2021, 16:20 (GMT +4)
Sosial-psixoloji reabilitasiyaya cəlb olunan qazilərlə görüş olub (FOTO)

16 Yanvar 2021, 16:15 (GMT +4)
Şuşada vaksinlərin saxlanma məntəqələri qurulur

16 Yanvar 2021, 16:10 (GMT +4)
ANAMA: Şuşada xeyli sayda silah-sursat aşkarlanıb

16 Yanvar 2021, 16:00 (GMT +4)
Şahmar Möhsümov: Zərərçəkmiş sahələrdə çalışanlara yardım heç vaxt dayandırılmayıb

16 Yanvar 2021, 15:52 (GMT +4)
COVID-19-un "İngiltərə" növü ABŞ-da üstünlük təşkil edə bilər

16 Yanvar 2021, 15:45 (GMT +4)
Azərbaycanda keçmiş məhkumdan 36 kq narkotik götürülüb

16 Yanvar 2021, 15:30 (GMT +4)
Postlardan keçməyə cəhd göstərən 1 751 nəqliyyat vasitəsi geri qaytarılıb

16 Yanvar 2021, 15:24 (GMT +4)
Armin Laşet Almaniyada hakim Xristian demokratlar ittifaqının lideri seçilib

16 Yanvar 2021, 15:15 (GMT +4)
Azad edilmiş ərazilərdə ilkin olaraq 10 seysmik stansiya quraşdırılacaq

16 Yanvar 2021, 15:00 (GMT +4)
65 yaşdan yuxarı şəxslərin peyvəndlənəcəyi tarix açıqlanıb

16 Yanvar 2021, 14:50 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxmanın ən çox qeydə alındığı bölgələr açıqlanıb

16 Yanvar 2021, 14:45 (GMT +4)
BMT TŞ Liviya üzrə yeni xüsusi nümayəndə təyin edib

16 Yanvar 2021, 14:37 (GMT +4)
“Azərbaycan və Türkiyə münasibətlərində gənclərin rolu” adlı tədbir keçirilib

16 Yanvar 2021, 14:32 (GMT +4)
“Azercell”in Mobil Göz və Mobil Diş Klinikaları 2020-ci il ərzində yüzlərlə insana təmənnasız tibbi xidmət göstərib

16 Yanvar 2021, 14:30 (GMT +4)
Ukrayna Azərbaycanı koronavirusla əlaqədar təhlükəli ölkələr siyahısından çıxarıb

16 Yanvar 2021, 14:25 (GMT +4)
Trampın "Facebook" və "İnstagram" səhifələri bərpa edilib

16 Yanvar 2021, 14:15 (GMT +4)
Azərbaycan Ordusunun şəhid olan hərbçisi Saatlıda dəfn edilib

16 Yanvar 2021, 14:01 (GMT +4)
ABŞ İraq və Əfqanıstandakı əsgərlərinin sayını 2500-ə endirib

16 Yanvar 2021, 14:00 (GMT +4)
MN Füzuli rayonunun Mirzəcamallı kəndindən videogörüntülər yayımlayıb (VİDEO)

16 Yanvar 2021, 13:54 (GMT +4)
Reuters: Tramp Mərakeşin yüksək səviyyəli mükafatına layiq görülüb

16 Yanvar 2021, 13:50 (GMT +4)
Prezidentin köməkçisi: Azərbaycan ən təhlükəsiz və effektli vaksini əldə edib

16 Yanvar 2021, 13:40 (GMT +4)
MN Kəlbəcər rayonunun Hacıkənd kəndindən videogörüntülər yayıb (VİDEO)

16 Yanvar 2021, 13:30 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

16 Yanvar 2021, 13:24 (GMT +4)
İran Hind okeanındakı hədəfi 1800 km uzaqdan ballistik raketlə dəqiq vurduğunu bildirib (VİDEO)

16 Yanvar 2021, 13:15 (GMT +4)
Bakıya qar yağacaq

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66