Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

DANX: İşğaldan azad olunmuş rayonlarda nəqliyyat infrakstrukturunun yenidən qurulması əsas prioritetlərdəndir

02 Dekabr 2020, 10:30 (GMT +4)

Bakı, 2 dekabr, SalamNews. İşğaldan azad olunmuş Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər və Laçın rayonlarında nəqliyyat infrakstrukturunun yenidən qurulması, bu rayonlarda istər quruculuq dövründə, istərsə də sonrakı illərdə yük və sərnişin daşınmasına olan tələbatın təmin edilməsi, beləliklə avtomobil nəqliyyatı ilə göstəriləcək bütün xidmətlərin bərpa edilməsi əsas prioritetlərdəndir.

SalamNews xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) açıqlamasında bildirilir.

"İşğaldan azad edilən ərazilərimizdə ermənilərin törətdiyi əməllərin ən bariz nümunələrinə nəqliyyat infrastrukturu sektorunda da şahidlik etməkdəyik. DANX olaraq apardığımız təhlillərə əsasən 30 ilə yaxın düşmən tapdağı altında qalan ərazilərimizdə nəqliyyat infrastrukturu və avtomobil nəqliyyatı ilə xidməti təmin edə biləcək maddi və texniki bazanın demək olar ki, məhv edilməsi aşkarlanıb.

22 avtonəqliyyat müəssisəsi (bu müəssisələrə məxsus qarajlar, idarə binaları, sexlər, qaraj avadanlıqları, qurğular), 10 avtovağzal və avtostansiya kompleksi, avtonəqliyyat müəssisələrinə aid Ağdamda 160, Laçında 70, Füzulidə 60, Cəbrayılda 15, Zəngilanda 40, Şuşada 90, Xocalıda 70, Qubadlıda 50, Xankəndidə 350, Kəlbəcərdə 70, Ağdərədə 30, Xocəvənddə 10 ədəd, ümumilikdə 1 015 ədəd nəqliyyat vasitəsi talan edilib, yararsız hala gətirilib. Məhv edilən nəqliyyat infrastrukturu və maddi-texniki bazanın dəyəri isə milyonlarla manat həcmində ölçülür.

İşğaldan azad edilən şəhər və rayonlarımızda yük daşınması, avtobusla sərnişin daşınması və taksi minik avtomobilləri ilə sərnişin daşıma xidmətlərinin göstərilməsi məqsədilə avtomobillərə xidmət etmək üçün təmir sexləri, texniki qulluqların aparılması sahələri, yanacaq doldurma məntəqəsi, avtoyuma məntəqəsi və avtomobillərin texniki cəhətdən saz vəziyyətdə saxlanılması üçün digər sexlər və duracaq sahələri olan Avtonəqliyyat təsərrüfatının təşkil edilməsi nəzərdə tutulub. Nəzərdə tutulan işlər dövlət-özəl sektor tərəfdaşlığı layihələrinin tərkib hissəsi kimi reallaşdırılacaq. Bu, həmçinin özəl sektor üçün yeni investisya imkanlarının yaranması və böyük layihələrin idarə edilməsi ilə bağlı təcrübələrin formalaşmasına geniş təkan vermiş olacaq.

Bu məqsədlə DANX təklif olunan avtomobil nəqliyyatına dair infrastruktur obyektlərinin nümunəvi tikinti-layihə sənədlərini hazırlayır.

İşğaldan azad olunan ərazilərin iqlimi, torpaq fondu, burada həm aqrar, həm sənaye, həm də turizm üçün böyük perspektivlər açır. Həmin ərazilərdə əhalinin yenidən məskunlaşması üçün inşa ediləcək kənd və qəsəbələrə ilkin olaraq hər rayon üçün sərnişindaşıma fəaliyyəti göstərilməsi məqsədilə rayon mərkəzlərini nisbətən böyük kənd və qəsəbələrlə əlaqələndirən, həmçinin ölkəmizin paytaxtı Bakı şəhərini və digər şəhərləri (Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Bərdə, Tərtər və s.) həmin rayonların mərkəzləri ilə əlaqələndirən müntəzəm rayondaxili (şəhərdaxili) və müntəzəm şəhərlərarası (rayonlararası) sərnişindaşıma marşrutunun təşkil edilməsi nəzərdə tutulur.

Yerli əhali öz doğma yurdlarına qayıtdıqdan sonra burada həyat yenidən canlanacaq, yeni iqtisadi sahələr yaradılacaq və müntəzəm sərnişindaşıma marşrutlarının sayı sərnişin axınına uyğun olaraq təkmilləşdiriləcək və zərurət yarandıqca yenidən təşkil ediləcək", - deyə açıqlamada qeyd olunub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

DANX İrana gedən avtobuslarla bağlı məlumat yayıb

DANX monitorinqlərə başlayıb

DANX: Daşıyıcı şirkətlər sabahdan qış rejiminə keçəcək

DANX: Sərnişin və yük daşımalarında qaydalar dəyişdirilir

DANX Bakı-Sumqayıt yolunda baş vermiş qəza ilə bağlı açıqlama yayıb

DANX nümayəndələri Avropa İttifaqı təcrübəsi ilə tanış olacaqlar

DANX sürücülər üçün ekstremal şəraitdə sürmə təlimi təşkil edir

DANX gücləndirilmiş iş rejiminin vaxtını uzadıb

DANX: Yeni tariflər vətəndaşlara daha yüksək və keyfiyyətli xidmət göstərilməsinə gətirib çıxaracaq

DANX yükdaşımaları yerinə yetirən şəxslərə ciddi xəbərdarlıq edib

Son 3 gündə Avtovağzaldan 49044 sərnişin daşınıb - DANX

Ramazan bayramı günlərində xəttə əlavə 200 avtobus buraxılacaq - DANX

16 Yanvar 2021, 15:24 (GMT +4)
Armin Laşet Almaniyada hakim Xristian demokratlar ittifaqının lideri seçilib

16 Yanvar 2021, 15:15 (GMT +4)
Azad edilmiş ərazilərdə ilkin olaraq 10 seysmik stansiya quraşdırılacaq

16 Yanvar 2021, 15:00 (GMT +4)
65 yaşdan yuxarı şəxslərin peyvəndlənəcəyi tarix açıqlanıb

16 Yanvar 2021, 14:50 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxmanın ən çox qeydə alındığı bölgələr açıqlanıb

16 Yanvar 2021, 14:45 (GMT +4)
BMT TŞ Liviya üzrə yeni xüsusi nümayəndə təyin edib

16 Yanvar 2021, 14:37 (GMT +4)
“Azərbaycan və Türkiyə münasibətlərində gənclərin rolu” adlı tədbir keçirilib

16 Yanvar 2021, 14:32 (GMT +4)
“Azercell”in Mobil Göz və Mobil Diş Klinikaları 2020-ci il ərzində yüzlərlə insana təmənnasız tibbi xidmət göstərib

16 Yanvar 2021, 14:30 (GMT +4)
Ukrayna Azərbaycanı koronavirusla əlaqədar təhlükəli ölkələr siyahısından çıxarıb

16 Yanvar 2021, 14:25 (GMT +4)
Trampın "Facebook" və "İnstagram" səhifələri bərpa edilib

16 Yanvar 2021, 14:15 (GMT +4)
Azərbaycan Ordusunun şəhid olan hərbçisi Saatlıda dəfn edilib

16 Yanvar 2021, 14:01 (GMT +4)
ABŞ İraq və Əfqanıstandakı əsgərlərinin sayını 2500-ə endirib

16 Yanvar 2021, 14:00 (GMT +4)
MN Füzuli rayonunun Mirzəcamallı kəndindən videogörüntülər yayımlayıb (VİDEO)

16 Yanvar 2021, 13:54 (GMT +4)
Reuters: Tramp Mərakeşin yüksək səviyyəli mükafatına layiq görülüb

16 Yanvar 2021, 13:50 (GMT +4)
Prezidentin köməkçisi: Azərbaycan ən təhlükəsiz və effektli vaksini əldə edib

16 Yanvar 2021, 13:40 (GMT +4)
MN Kəlbəcər rayonunun Hacıkənd kəndindən videogörüntülər yayıb (VİDEO)

16 Yanvar 2021, 13:30 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

16 Yanvar 2021, 13:24 (GMT +4)
İran Hind okeanındakı hədəfi 1800 km uzaqdan ballistik raketlə dəqiq vurduğunu bildirib (VİDEO)

16 Yanvar 2021, 13:15 (GMT +4)
Bakıya qar yağacaq

16 Yanvar 2021, 13:07 (GMT +4)
Rusiyada son sutkada 24 092 nəfərdə koronavirusa yoluxma aşkarlanıb

16 Yanvar 2021, 13:00 (GMT +4)
Nazirlik: Zəfər muzeyinin yerləşəcəyi məkan hələlik müəyyənləşməyib

16 Yanvar 2021, 12:52 (GMT +4)
YAP-ın təşəbbüsü ilə qanvermə aksiyası keçirilib

16 Yanvar 2021, 12:43 (GMT +4)
Azərbaycanda qaz sayğaclarının uzaqdan oxunmasına start verilib (VİDEO)

16 Yanvar 2021, 12:40 (GMT +4)
Əfqanıstanın Hərat şəhərində polisə hücum edilib, azı 13 ölü var

16 Yanvar 2021, 12:33 (GMT +4)
Gürcüstanda 1236 yeni koronavirusa yoluxma aşkar edilib

16 Yanvar 2021, 12:24 (GMT +4)
Operativ Qərargah beynəlxalq və ölkədaxili uçuşlar bağlı məlumat yayıb

16 Yanvar 2021, 12:13 (GMT +4)
TƏBİB: Koronavirusa qarşı mütləq ikinci doza peyvənd vurulmalıdır

16 Yanvar 2021, 12:04 (GMT +4)
Şahmar Mövsümov: Məktəblərin açılması ilə bağlı gələn həftə müvafiq qərarlar açıqlanacaq

16 Yanvar 2021, 11:54 (GMT +4)
ÜST beynəlxalq səyahət üçün peyvənd tələb edilməməsini tövsiyə edir

16 Yanvar 2021, 11:52 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxanların təxmini sayı açıqlanıb

16 Yanvar 2021, 11:42 (GMT +4)
Tramp İsraillə münasibətləri rəsmiləşdirdiyinə görə Mərakeş kralına orden verib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66