BMT: Dünyada köləlikdə olan 40 milyondan çox insan var02 Dekabr 2020, 11:24 (GMT +4) Bakı, 2 dekabr, SalamNews. Dünyada 40 milyondan çox insan müasir köləliyə məruz qalır və onların 71 faizi qadınlardır. SalamNews TASS-a istinadən xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreş Beynəlxalq Köləliyin ləğvi günü münasibətilə verdiyi açıqlamada köləlikdə olanların 71 faizinin qadınlar olduğunu qeyd edib.
"Zəif və marjinal qruplar, xüsusən irqi və etnik azlıqlar, yerli xalqlar və miqrantlar, müasir köləlik formalarından daha çox əziyyət çəkirlər", o bildirib.
Qeyd edək ki, ABŞ Senatının üzvləri 19 iyunda qeyd olunan köləliyin ləğvi gününün milli bayram kimi tanınmasını təklif edib.
|