Dünyada COVID-19-a yoluxanların sayı 64,1 milyonu keçib02 Dekabr 2020, 11:58 (GMT +4) Bakı, 2 dekabr, SalamNews. Dünyada koronavirusa (COVID-19) yoluxma hallarının sayı 64,1 milyonu keçib.
SalamNews-un Worldometer-ə istinadən verdiyi xəbərə görə, 2 dekabrda yoluxma hallarının sayı 64 195 738-ə çatıb.
Ümumiyyətlə dünyada COVID-19 səbəbiylə 1.486.844 insan ölüb.
Təhlükəli infeksiyadan sağalanların sayı 44 443 214-ə çatıb.
Ən çox yoluxma ABŞ-da qeydə alınıb, burada 14.108.606 nəfər virusa yoluxub.
Koronavirusun yaratdığı fəsadlardan ABŞ-da 276.979 nəfər ölüb.
|