Azərbaycanda pul bazası noyabrda da azalıb02 Dekabr 2020, 15:05 (GMT +4) Bakı, 2 dekabr, SalamNews. Azərbaycanda pul bazası bu il dekabrın 1-nə 11 803,6 milyon manat təşkil edib.
SalamNews Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, noyabrın 1-i ilə müqayisədə 2,5% azdır.
Pul bazası ilin əvvəlinə nisbətən 2,9% azalıb, son 1 ildə isə 10,6% artıb.
|