Gürcüstanda son sutkada 4043 nəfər koronavirusa yoluxub02 Dekabr 2020, 12:23 (GMT +4) Bakı, 2 dekabr, SalamNews. Gürcüstanda son sutkada 4033 nəfərdə koronavirusa yoluxma aşkar edilib, 4061 nəfər sağalıb, 39 xəstə ölüb.
SalamNews -un xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin xüsusi saytında məlumat verilir.
Beləliklə, qonşu ölkədə COVID-19-a yoluxanların sayı 143.376-ya çatıb, onlardan 121.621 nəfəri sağalıb, 1.342 nəfəri ölüb.
|