Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunacaq

02 Dekabr 2020, 13:24 (GMT +4)

Bakı, 2 dekabr, SalamNewsPrezident İlham Əliyev Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb.

SalamNews-un məlumatına görə, Sərəncamda deyilir: “Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır.

Haqq və Şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir.

Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətmişdir.

Həmvətənlərimizin bir çoxu şəhid olmuş, itkin düşmüş, yaralanaraq sağlamlığını itirmişdir. Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilmişdir. Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabah daha da güclü inkişaf edəcək, çiçəklənəcək Azərbaycan üçün möhkəm bünövrədir. Bu, eyni zamanda, regionda dayanıqlı və uzunmüddətli sülhü, əmin-amanlığı və təhlükəsizliyi təmin edən mühüm amildir.

Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, qərara alıram:

1. Hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

18 Yanvar 2021, 18:18 (GMT +4)
ABŞ-da məhkəmə vasitəsi ilə "Telegram"ın AppStore-dan silinməsi tələb edilir

18 Yanvar 2021, 18:00 (GMT +4)
Şəhidlər Xiyabanı istiqamətində avtobusların hərəkəti müvəqqəti dəyişəcək

18 Yanvar 2021, 17:53 (GMT +4)
QMİ 20 Yanvar faciəsinin ildönümü ilə bağlı videokonfrans keçirib

18 Yanvar 2021, 17:50 (GMT +4)
Azərbaycan ötən il elektrik enerjisi ixracını 25% azaldıb

18 Yanvar 2021, 17:45 (GMT +4)
Ərdoğan: Türkiyə nə qədər güclənirsə, Ankaraya təzyiq bir o qədər artır

18 Yanvar 2021, 17:40 (GMT +4)
Polietilen torba istehsalçılarına xəbərdarlıq edilib

18 Yanvar 2021, 17:37 (GMT +4)
Şuşada beşmərtəbəli binada yanğın olub

18 Yanvar 2021, 17:30 (GMT +4)
Gəncədə antisanitar çörək istehsalı müəssisəsi bağlanıb

18 Yanvar 2021, 17:28 (GMT +4)
Çində son sutkada 109 yeni koronavirusa yoluxma aşkar edilib 

18 Yanvar 2021, 17:20 (GMT +4)
Laçının gəzməli-görməli yerləri haqqında videoçarx hazırlanıb

18 Yanvar 2021, 17:11 (GMT +4)
Suriya İranla İsrailin qarşıdurmasının meydanına çevrilməməlidir - Sergey Lavrov

18 Yanvar 2021, 17:10 (GMT +4)
Prokurorluğa sənəd qəbulu fevralın 1-də başa çatdırılacaq

18 Yanvar 2021, 17:02 (GMT +4)
Azərbaycanda vaksinasiyanın monitorinqi və qiymətləndirilmə sistemi yaradılacaq

18 Yanvar 2021, 16:50 (GMT +4)
DMX Azərbaycandakı əcnəbilərə müraciət edib

18 Yanvar 2021, 16:47 (GMT +4)
Rusiya Hollandiya səfirliyinin iki əməkdaşını ölkədən çıxarır

18 Yanvar 2021, 16:46 (GMT +4)
ARPA “İşçilərin icbari sığortası” mövzusunda vebinar keçirib

18 Yanvar 2021, 16:40 (GMT +4)
Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsinin həcmi ötən il 4 mlrd. dollardan çox olub

18 Yanvar 2021, 16:30 (GMT +4)
Prezident Sumqayıtda iki zavodun təməlini qoyub, vərəqə şüşə istehsalı müəssisəsinin açılışını edib

18 Yanvar 2021, 16:23 (GMT +4)
Berlin Moskvadan Navalnının azadlığa buraxılmasını tələb edib

18 Yanvar 2021, 16:20 (GMT +4)
Azərbaycan ötən il 470 min ton metanol ixrac edib

18 Yanvar 2021, 16:10 (GMT +4)
Azərbaycanda COVID-19-a yoluxanların 6 %-i xəstəliyi ağır keçirir, ölüm halı 1,1 %-dir

18 Yanvar 2021, 16:00 (GMT +4)
Müharibədə xəsarət alan hərbi qulluqçuların tibbi-sosial ekspertizasına başlanılır

18 Yanvar 2021, 15:45 (GMT +4)
Qarabağda televiziya proqramlarının və 3 ümumölkə radio kanalının yayımı təmin olunub

18 Yanvar 2021, 15:44 (GMT +4)
ABŞ Əfqanıstandakı vətəndaşlarını dərhal bu ölkəni tərk etməyə çağırıb

18 Yanvar 2021, 15:41 (GMT +4)
Avropa Parlamentində və Avropa İttifaqı Şurasında Navalnının saxlanılması müzakirə ediləcək

18 Yanvar 2021, 15:30 (GMT +4)
MTRŞ telekanallarda şəhidlər barədə çəkilən reportajların sayını açıqlayıb

18 Yanvar 2021, 15:21 (GMT +4)
KİV: Tramp tərəfdarları müxtəlif ştatlarda azsaylı etiraz aksiyaları təşkil edib

18 Yanvar 2021, 15:10 (GMT +4)
Cəbrayıl polisi tərəfindən narkotacir qardaşlar saxlanılıb

18 Yanvar 2021, 15:00 (GMT +4)
Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşlara müraciət edib

18 Yanvar 2021, 14:50 (GMT +4)
Lavrov: Dağlıq Qarabağın müstəqilliyi heç kim tərəfindən tanınmayıb (VİDEO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66