NATO Gürcüstana dəstəyini gücləndirəcək03 Dekabr 2020, 09:50 (GMT +4) Bakı, 3 dekabr, SalamNews. NATO Gürcüstana praktiki və siyasi dəstəyini gücləndirməyə davam edəcək.
SalamNews-un verdiyi xəbərə görə, bunu Alyansın baş katibi Yens Stoltenberq açıqlayıb.
Onun sözlərinə görə, NATO-ya üzv ölkələrin xarici işlər nazirləri Gürcüstan üçün yenilənmiş substantiv paket qəbul etmək barədə razılıq əldə edib.
Baş katib bildirib ki, xarici işlər nazirləri bugünkü iclasda NATO-ya üzv ölkələrin Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiklərini təsdiqləyiblər.
|