Fransanın keçmiş prezidenti koronavirusdan ölüb03 Dekabr 2020, 10:45 (GMT +4) Bakı, 3 dekabr, SalamNews. Fransanın keçmiş prezidenti Valeri Jiskar Desten 94 yaşında vəfat edib.
SalamNews -un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə "Europe 1" radiostansiyası məlumat yayıb.
Desten Vəqfi, keçmiş prezidentin ölümünün səbəbinin koronavirusun yaratdığı fəsadlar olduğunu bildirrib. Dəfn mərasimində məhdud sayda insanın iştirakı gözlənilir.
|