Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

"Azəriqaz": Qarabağda ilkin texniki-iqtisadi əsaslandırmaya başlanılıb

03 Dekabr 2020, 12:30 (GMT +4)

Bakı, 3 dekabr, SalamNews. “İşğaldan əvvəl Dağlıq Qarabağ və ətraf rayonların ərazisində yerləşən şəhər, qəsəbə və kəndlərin böyük bir hissəsini təbii qazla Azərbaycan təmin edirdi. Bunun üçün magistral və paylayıcı qaz şəbəkəsi də çəkilmişdi. Lakin Ermənistanın təcavüzü nəticəsində qeyd olunan ərazilərin qaz təminatı həmin vaxtdan dayandırılıb".

SalamNews xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bu il sentyabrın 27-dən Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun əks-hücum əməliyyatı ilə başlayan Vətən müharibəsi zamanı əldə edilmiş Qələbədən sonra işğaldan azad olunmuş ərazilərin bərpası və müvafiq infrastrukturun yaradılması işləri çərçivəsində, yaşayış ərazilərinin təbii qaz təchizatı üçün SOCAR-ın rəhbərliyinin tapşırığı ilə ilkin texniki-iqtisadi əsaslandırma işlərinə başlanılıb.

"Əvvəlcə yeni çəkiləcək magistral qaz xətlərinin istiqamətləri və onların keçəcəyi marşrutlarının araşdırılması işləri aparılıb. Bu istiqamətlərə Böyük Bəhmənli-Füzuli-Hadrut-Şuşa, Azadqaraqoyunlu-Ağdam, Horadiz-Cəbrayıl-Zəngilan-Qubadlı-Laçın, Goranboy-Kəlbəcər aid edilib. Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə vaxtı ilə çəkilmiş qaz xətlərinin bərpasının mümkünlüyü araşdırılmaqdadır. Qeyd olunan istiqamətlər üzrə çəkilməsi planlaşdırılan magistral qaz xətlərinin imkanları mövcud və yeni salınacaq yaşayış məskənlərinin və sənaye obyektlərinin uzunmüddətli inkişafı nəzərə alınmaqla təbii qazla təmin edilməsinə hesablanacaqdır. Hal-hazırda planlaşdırılan magistral qaz şəbəkəsinin marşrutlarının münasib konfiqurasiyası, ilkin texniki-iqtisadi göstəriciləri müəyyən edilir. Ərazilərin baş planları hazır olduqdan və istiqamətlər təsdiq olunduqdan sonra qazlaşmanın işçi layihələrinin hazırlanması mərhələsinə başlanılacaq. Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərin qazlaşdırılmasına başlanılması gününü “Azəriqaz”ın kollektivi səbirsizliklə gözləyir və bunu ən müqəddəs vəzifə borcu sayır", - deyə məlumatda qeyd olunub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

"Azəriqaz" ölkə ərazisində yaranan qaz təchizatı problemlərinin səbəbini araşdırır

“Azəriqaz”: Qaz sızmalarının aradan qaldırılmasına diqqət artırılıb

Ötən il “Azəriqaz” 362 binaya qaz açılışını təmin edib

“Azəriqaz” 2020-ci ildə gördüyü təmir-tikinti işlərini açıqlayıb

“Azəriqaz”: Azərbaycanda qazlaşma səviyyəsi 96,2 % təşkil edir

"Azəriqaz" bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək

"Azəriqaz" açıqlama yayıb

"Azəriqaz" borclarla bağlı vətəndaşlara xəbərdarlıq edib

“Azəriqaz”ın rəhbərliyi vətəndaş qəbulu keçirib

“Azəriqaz”ın rəhbərliyi vətəndaş qəbulu keçirib

“Azəriqaz” qaz təsərrüfatına dəyən ziyanı aradan qaldırır

"Azəriqaz"ın Bakıdakı əhali abunəçilərinin sayı 900 minə yaxınlaşıb

“Azəriqaz” iki kənddə 210 fərdi yaşayış evinə qaz verib

Azəriqaz: Bu həftə Azərbaycanda 700-dən çox evə qaz verilib

“Azəriqaz”: Əhali abunəçilərinin cəmi 8,3%-i güzəştli limit həddini keçib

"Azəriqaz": Gəncənin qaz təminatı bərpa edilib

“Azəriqaz” üzrə 2 milyon 300 mininci abunəçi qeydə alınıb

“Azəriqaz”: Cəbhə zonasında bir çox kəndlərin qazla təminatı bərpa edilib

“Azəriqaz”: İstixanaların ödənişləri 90%-ə yaxınlaşır

“Azəriqaz”ın üç departament rəhbərinin iş yeri dəyişdirilib

27 Yanvar 2021, 18:00 (GMT +4)
Dövlət Komitəsi insan alveri ilə mübarizə üçün əhaliyə müraciət edib

27 Yanvar 2021, 17:49 (GMT +4)
Təhsil Nazirliyi: Əgər yoluxma sayı kritik həddə çatsa, 5-9-cu siniflərdə tədrisin bərpası ləngiyəcək

27 Yanvar 2021, 17:39 (GMT +4)
Çində son sutkada 75 yeni koronavirusa yoluxma aşkar edilib 

27 Yanvar 2021, 17:27 (GMT +4)
Müqtəda Sədr İranla Səudiyyə Ərəbistanı arasında vasitəçiliyiə hazır olduğunu bildirib

27 Yanvar 2021, 17:26 (GMT +4)
Tərtərdə avtomobil elektrik dirəyinə çırpılıb, ölən var

27 Yanvar 2021, 17:17 (GMT +4)
Yoluxma aşkarlanan siniflər distant təhsilə keçəcək

27 Yanvar 2021, 17:16 (GMT +4)
ABŞ “Moderna” və “Pfizer” şirkətlərindən daha 200 milyon peyvənd alacaq

27 Yanvar 2021, 17:07 (GMT +4)
Baş Prokurorluq dəm qazından zəhərlənmə ilə bağlı videoçarx hazırlayıb

27 Yanvar 2021, 16:57 (GMT +4)
“Nar” onlayn təhsil alanlar üçün yeni internet paketi təqdim edib

27 Yanvar 2021, 16:56 (GMT +4)
Putin Qarabağa humanitar yardım göstərməyə çağırıb

27 Yanvar 2021, 16:46 (GMT +4)
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yeni filialı açılıb

27 Yanvar 2021, 16:40 (GMT +4)
Bölgədəki bütün ölkələrin ərazi bütövlüyü əhəmiyyətlidir - Cavad Zərif

27 Yanvar 2021, 16:38 (GMT +4)
Təhsil Nazirliyi dərslərin həftədə 3 dəfə keçirilməsinin səbəbini açıqlayıb

27 Yanvar 2021, 16:37 (GMT +4)
Ukrayna HDQ Türkiyənin "Baykar" firmasından pilotsuz təyyarələr alacaq

27 Yanvar 2021, 16:29 (GMT +4)
Azərbaycanda son sutkada 601 nəfər COVID-19-dan sağalıb, 226 nəfər yoluxub

27 Yanvar 2021, 16:16 (GMT +4)
XİN: Fərman İsmayılovun nəşi Baş Prokurorluğa təhvil veriləcək

27 Yanvar 2021, 16:09 (GMT +4)
Rusiyada son sutkada koronavirusa yoluxan 594 nəfər ölüb

27 Yanvar 2021, 16:04 (GMT +4)
Fevralın 1-də Bakıda məktəbə gedəcək şagirdlərin sayı açıqlanıb

27 Yanvar 2021, 15:51 (GMT +4)
Qubada restorandan oğurluq edən gənclər saxlanılıb

27 Yanvar 2021, 15:40 (GMT +4)
Hikmət Hacıyev: “Azərbaycan və Türkiyə əlaqələrini bütün regionun siyasətini dəyişdirə biləcək şəkildə inkişaf etdirib”

27 Yanvar 2021, 15:33 (GMT +4)
Suriyada kürd bölmələrinin nəzarətində olan bölgələrdə etiraz aksiyaları keçirilib (VİDEO)

27 Yanvar 2021, 15:28 (GMT +4)
AQTA sahibkarlara müraciət edib

27 Yanvar 2021, 15:26 (GMT +4)
Türk elm adamları koronavirusu bir dəqiqədə məhv edən sprey hazırlayıblar

27 Yanvar 2021, 15:20 (GMT +4)
Sumqayıtda 20-dən artıq su sayğacı oğurlayan şəxslər saxlanılıblar

27 Yanvar 2021, 15:10 (GMT +4)
“Keşikçidağ” qoruğuna gedən yeni avtomobil yolunun inşasına start verilib

27 Yanvar 2021, 14:57 (GMT +4)
Ceyhun Bayramov və Mövlud Çavuşoğlu arasında telefon danışığı olub

27 Yanvar 2021, 14:47 (GMT +4)
Gürcüstanda koronavirusa yoluxanların sayı 255 mini keçib

27 Yanvar 2021, 14:40 (GMT +4)
Dövlət başçısı Şuşanın qorunması ilə bağlı göstərişlər verib

27 Yanvar 2021, 14:28 (GMT +4)
Bakıda şirniyyat sexində karantin qaydalarının pozulduğu aşkarlanıb (VİDEO)

27 Yanvar 2021, 14:19 (GMT +4)
Suriya Ordusu Palmira-Dirazzur yolunda 8 terrorçunu məhv edib (FOTO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66