NATO 2030-cu ilə qədər Rusiyanı əsas hərbi təhlükə hesab edir03 Dekabr 2020, 11:40 (GMT +4) Bakı, 3 dekabr, SalamNews. Rusiya 2030-cu ilə qədər NATO üçün əsas hərbi təhlükə olaraq qalacaq.
SalamNews -un RT-yə istinadən verdiyi xəbərə görə, belə bir proqnoz təşkilatın hesabatında yer alıb.
"2030-cu ilədək Rusiyanın Şimali Atlantika İttifaqı üçün əsas hərbi təhlükə olaraq qalması ehtimalı böyükdür", hesabatda deyilir.
Sənəddə qeyd edilir ki, "belə bir aktyorla qarşılaşan NATO səy və həmrəylik göstərməli olacaq", amma ittifaq əgər Rusiya rəhbərliyi daha konstruktiv yol seçərsə də dialoqa açıq qalmalıdır.
|