Dünyada COVID-19-a yoluxanların sayı 65 milyona yaxınlaşır03 Dekabr 2020, 11:57 (GMT +4) Bakı, 3 dekabr, SalamNews. Dünyada koronavirusa (COVID-19) yoluxma hallarının sayı 65 milyona yaxınlaşıb.
SalamNews -un "Worldometer"ə istinadən verdiyi xəbərə görə, bu gün etibarilə yoluxma hallarının sayı 64.845.884-ə çatıb.
Dünyada COVID-19 səbəbiylə ümumilikdə 1.499.357 nəfər ölüb.
Təhlükəli virusdan sağalanların sayı 44 942 201-ə çatıb.
Ən çox yoluxma ABŞ-da qeydə alınıb, burada 14.314.265 nəfər yoluxub.
ABŞ-da koronavirusdan 279.867 nəfər ölüb.
|