Rusiyada son sutkada 28 mindən çox COVID-19-a yoluxma qeydə alınıb03 Dekabr 2020, 13:10 (GMT +4) Bakı, 3 dekabr, SalamNews. Rusiya Federasiyasında son sutkada koronavirusa (COVID-19) yoluxma hallarının sayı 28 145 artaraq 2,375,546-ya çatıb.
SalamNews -un verdiyi xəbərə görə, bu barədə koronavirusla mübarizə üzrə Əməliyyat Qərargahından jurnalistlərə məlumat verilib.
Qərargahın məlumatına görə, Rusiyada son 24 saat ərzində 29.502 nəfər olmaqla ümumilikdə 1.859.851 nəfər COVID-19-dan müalicə alaraq sağalıb.
Son 24 saat ərzində Rusiyada təhlükəli virusdan 554 nəfər ölüb. Ümumilikdə, Rusiyada 41607 nəfər yoluxma səbəbiylə ölüb.
474.088 nəfərin müalicəsi davam edir.
|