Trampın müşaviri ərəbləri barışdırmaq üçün regionda səfərdədir03 Dekabr 2020, 13:01 (GMT +4) Bakı, 3 dekabr, SalamNews, B.Samid. ABŞ prezidenti Donald Trampın müşaviri və kürəkəni Carid Kuşner Qətər və Səudiyyə Ərəbistanında səfərdədir.
SalamNews Əlcəzirəyə istinadla xəbər verir ki, ABŞ prezidentinin müşaviri Carid Kuşner Dohada Qətərin əmiri Təmim bin Həmd Ali-Sani ilə görüşərək, bir sıra qarşılıqlı və region məsələlərini müzakirə edib.
Carid Kuşner region səfərində ər-Riyada da baş çəkəcək.
Blomberg-in məlumatına görə Tramp Administrasiyası səlahiyyət müddəti bitməmiş Səudiyyə Ərəbistanı ilə Qətər arasında barışıq yaratmaq və beləcə regionda İranı vahid düşmən obrazı kimi qoruyub saxlamaq istəyir.
Məlumata görə Səudiyyə Ərəbistanı və Qətər yaxın günlərdə qarşılıqlı uçuşların həyata keçirilməsi, sərhədlərdə gediş-gəlişi bərpa etmək kimi məsələlərdə ilkin razılığa gələ bilərlər.
Qeyd edək ki, 3 il öncə Səudiyyə Ərəbistanı və onun siyasi komandası Qətərlə diplomatik əlaqələri dayandıraraq, bu ölkəyə qarşı bir sıra sanksiyalar tətbiq etməyə başlayıblar.
|