Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Caspian Energy Club Yusif Abdullayevin iştirakı ilə onlayn B2G FORUM təşkil edib

03 Dekabr 2020, 13:54 (GMT +4)

Bakı, 3 dekabr, SalamNewsAzərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti səlahiyyətlərini icra edən Yusif Abdullayev Caspian Energy Club-un təşkil etdiyi ənənəvi Online B2G Forumunda iştirak edib. Forum çərçivəsində COVİD-19 koronavirus pandemiyası dövründə yerli və xarici şirkətlərin rəhbər və nümayəndələrinin sual və təklifləri müzakirə olunub.

SalamNews-un xəbərinə görə, bu barədə Caspian Energy Club-un sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib. Tədbir Qzərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş şəhidlərin xatirəsinin bir dədiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sonra Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO)  prezidenti vəzifələrini icra edən Yusif Abdullayevə çıxış edərək ilk öncə  tədbir iştirakçılarını Ali Baş Komandanın başçılığı ilə Şanlı Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etməsi və ölkəmizin ərazi bütövlüyünü bərpa etməsi münasibəti ilə təbrik edib.

Yusif Abdullayev rəhbərlik etdiyi qurumun fəaliyyət istiqaməti barədə danışıb, ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar, iqtisadiyyatın liberallaşdırılması tədbirləri, əlverişli biznes və investisiya mühiti barədə məlumat verib, xarici tərəfdaşlarla qarşılıqlı əlaqələrin genişləndirilməsi istiqamətində AZPROMO tərəfindən görülən işləri, ölkəmizdə pandemiyanın sahibkarlığa mənfi təsirlərinin minimuma endirilməsi üçün həyat keçirilən sistemli tədbirləri diqqətə çatdırıb. Həmçinin Milli İxrac Strategiyası (MİS) haqqında məlumat verib,sənəd layihəsi ilə bağlı sualları cavablandırıb.

Daha sonra Yusif Abdullayev Online B2G Forum iştirakçılarının təkliflərini dinləyib.

AZPROMO ilə sıx əməkdaşlıqdan danışan  Telman Əliyev qeyd edib ki, Caspian Energy Club-un üzvü olan əksər şirkətlər ixrac yönümlüdürlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışlarında Azərbaycan şirkətlərinin məhsul və xidmətlərinin beynəlxalq bazara çıxarılmasının vacibliyini dəfələrlə vurğulayıb.  Bunun üçün Azərbaycan məhsul və xidmətlərinin beynəlxalq bazarlarda irəliləyişinin PR üçün əlavə imkanlar yaradacaq bir sıra dövlət proqramlarının həyata keçirilməsi zəruridir. Sözügedən prosesin aktuallığı işğaldan azad olunmuş ərazilərdə Şuşa, Ağdam, Cəbrayıl və s. brendləri ilə məhsulların istehsalı başlandıqdan sonra daha da artacaq. Məhz buna görə AZPROMO ilə fəal əməkdaşlığı vacib hesab edirik.

Sıralarında dünyanın 50 ölkəsindən 5 000  artıq şirkət və təşkilatı birləşdirən Caspian Energy Club 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialqoların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir. 

Biznes-netvorkinq üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Caspian Energy Club-un mənzil-qərargahı Bakı şəhərində yerləşir. Caspian Energy Club-un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

23 Yanvar 2021, 18:19 (GMT +4)
ABŞ-da koronavirusdan ölənlərin sayı ikinci dünya müharibəsində ölənlərin sayından çoxdur

23 Yanvar 2021, 17:06 (GMT +4)
Rusiya DİN Moskvada keçirilən icazəsiz aksiyalarla bağlı açıqlama yayıb

23 Yanvar 2021, 17:00 (GMT +4)
Azərbaycanda neft hasilatı artacaq

23 Yanvar 2021, 16:58 (GMT +4)
Moskvada müxalifətçilərin həbsləri başlayıb (VİDEO)

23 Yanvar 2021, 16:50 (GMT +4)
Ukraynada ötən gün 5000-dək COVID-19 xəstəsi qeydə alınıb

23 Yanvar 2021, 16:50 (GMT +4)
MN: Vətən müharibəsindən qayıdanlarla bağlı komissiya 5 298 müraciətə baxıb

23 Yanvar 2021, 16:45 (GMT +4)
İsmayıl Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib

23 Yanvar 2021, 16:40 (GMT +4)
Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti sabah Strasburqa yola düşəcək

23 Yanvar 2021, 16:30 (GMT +4)
Rusiya fondu “Sputnik V” peyvəndinin Türkiyədə istehsalına dair razılığa gəlib

23 Yanvar 2021, 16:30 (GMT +4)
SOCAR-ın Müşahidə Şurasının tərkibi təsdiqlənib

23 Yanvar 2021, 16:26 (GMT +4)
Ballistik raketlər İranın müdafiə məsələsidir, heç vaxt müzakirə obyekti ola bilməz – Abbas Əraqçi

23 Yanvar 2021, 16:15 (GMT +4)
Prezident SOCAR-ın idarə edilməsinin təkmilləşdirilməsinə dair fərman imzalayıb

23 Yanvar 2021, 16:00 (GMT +4)
S&P: 2021-ci ildə manatın məzənnəsi sabit qalacaq

23 Yanvar 2021, 15:45 (GMT +4)
Abşeronda silsilə oğurluqlar edən şəxs saxlanılıb

23 Yanvar 2021, 15:40 (GMT +4)
Pekində ÜST normasından 8 dəfə artıq hava çirkliliyi qeydə alınıb

23 Yanvar 2021, 15:30 (GMT +4)
Azərbaycanda 22 kq-dan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

23 Yanvar 2021, 15:25 (GMT +4)
İran koronavirusa qarşı peyvəndlərin kütləvi şəkildə vurulmasına gələn həftələrdə başlayacaq - Ruhani

23 Yanvar 2021, 15:15 (GMT +4)
Salyan Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru həkimlərin maaşını mənimsəyib

23 Yanvar 2021, 15:09 (GMT +4)
Ermənistanda yol qəzasında rusiyalı əsgər ölüb

23 Yanvar 2021, 15:00 (GMT +4)
ƏƏSMN: 2 783 şəhidin ailə üzvünə sosial ödənişlər təyin olunub

23 Yanvar 2021, 14:45 (GMT +4)
Əli Abbasova AMEA-da yeni vəzifə verilib

23 Yanvar 2021, 14:30 (GMT +4)
Azərbaycan nefti 1%-ə yaxın ucuzlaşıb

23 Yanvar 2021, 14:15 (GMT +4)
MN Cəbrayıl rayonunun Aşağı Maralyan kəndindən videogörüntülər yayıb (VİDEO)

23 Yanvar 2021, 14:15 (GMT +4)
 Almaniyada son sutkada 16.417 yeni koronavirusa yoluxma aşkar edilib

23 Yanvar 2021, 14:02 (GMT +4)
Yəməndən Səudiyyə Ərəbistanın paytaxtına ballistik raket atılıb (VİDEO)

23 Yanvar 2021, 14:00 (GMT +4)
Azərbaycan Ordusunun şəhid olmuş hərbi qulluqçusu Qubada dəfn olunub (FOTO)

23 Yanvar 2021, 13:56 (GMT +4)
Kanada Baş naziri və Bayden fevral ayında görüşməyi planlaşdırır

23 Yanvar 2021, 13:45 (GMT +4)
Azərbaycanda ötən il 183 ton yod istehsal edilib

23 Yanvar 2021, 13:30 (GMT +4)
İsmayıllıda Vətən müharibəsinin qəhrəmanları və ailələri ilə görüşlər davam edir (FOTO)

23 Yanvar 2021, 13:24 (GMT +4)
ÜST COVID-19-un yeni növündən ölüm sayının artmasına münasibət bildirib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66