İranda koronavirusa yoluxanların sayı bir milyonu keçib, 700 min sağalıb03 Dekabr 2020, 16:16 (GMT +4) Bakı, 3 dekabr, SalamNews, B.Samid. İranda son sutkada 13,922 nəfərin koronavirusa yoluxması qeydə alınıb və bu rəqəm ümumilikdə 1 milyonu keçib.
SalamNews İSNA-a istinadla xəbər verir ki, bunu İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Sadat-Lari deyib.
Bildirilib ki, ölkədə son 24 saat ərzində 13,922 nəfərin koronavirusa yoluxması qeydə alınıb və bu rəqəm ümumilikdə 1,003,494-a çatıb.
Əlavə edilib ki, İranda son sutkada koronavirusdan 358 nəfərin ölümü qeydə alınıb və bu rəqəm ümumilikdə 49,348-ə çatıb.
Bu ölkədə indiyədək 6 milyon 325 min insan koronavirusla bağlı testlərdən keçib və yoluxanlardan təqribən 700 mini sağlıb.
İranın Səhiyyə mənbələrinin məlumatına görə hazırda ölkədə 5,824 koronavirus xəstəsinin vəziyyəti kritikdir.
|