Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

İlham Əliyev BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyasında çıxış edib

04 Dekabr 2020, 09:15 (GMT +4)

Bakı, 4 dekabr, SalamNews. Dekabrın 3-də Nyu-Yorkda BMT Baş Assambleyasının koronavirus xəstəliyi - COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyası keçirilib.

SalamNews xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev sessiyada videoformatda çıxış edib.

-Hörmətli cənab Sədr.

Hörmətli dövlət və hökumət başçıları.

Xanımlar və cənablar.

Qoşulmama Hərəkatının üzvü olan 120 dövlət adından çıxış etməkdən şərəf duyuram.

Aktual qlobal məsələlərə və çağırışlara cavab vermək üçün çoxtərəfli mühüm forum olan BMT-nin 75 illiyini qeyd etdiyimiz bir vaxtda narahatlıq doğuran çoxlu sayda yeni sahələrin meydana çıxmasını təəssüf hissi ilə bildiririk. Həmin narahatlıqlar BMT Nizamnaməsinin və “Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi”nin təməlində duran multilateralizmə və beynəlxalq əməkdaşlıq dəyərlərinə kollektiv sadiqliyimizi yenidən nümayiş etdirməyi tələb edir.

Bunun bariz nümunəsi Qoşulmama Hərəkatı tərəfindən irəli sürülmüş BMT Baş Assambleyasının COVID-19 pandemiyasına qarşı Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsünə BMT-nin üzv dövlətlərinin böyük dəstəyidir. Digər məsələlərlə yanaşı, bu, Qoşulmama Hərəkatının üzv dövlətlərinin möhtəşəm uğurudur. Çünki biz bu il həm də beynəlxalq əməkdaşlığın təşviqini özündə ehtiva edən Bandunq Bəyannaməsinin qəbul olunmasının 65 illiyini qeyd edirik. Bununla əlaqədar, Xüsusi Sessiyanın keçirilməsinə verdikləri dəstəyə görə mən Hərəkat adından BMT-nin üzv dövlətlərinə və Baş Assambleyanın Sədrinə səmimi təşəkkürümüzü bildirmək istərdim.

2020-ci il ərzində dünya ictimaiyyəti müasir tariximizin ən ciddi səhiyyə böhranı ilə üzləşib. Hazırda dünyada 60 milyondan artıq yoluxma halı qeydə alınıb və 1 milyondan çox insan həyatını itirib. Səhiyyə, ictimai, iqtisadi və maliyyə sahələrində çoxşaxəli fəsadlara yol açan bu böhran cəmiyyətlərə, iqtisadiyyata, qlobal ticarət və səyahətə böyük zərər yetirmiş və insanların yaşayışına sarsıdıcı təsir göstərmişdir.

Pandemiyanın misli görünməmiş universal fəsadlarının aradan qaldırılması üçün qlobal səylərə töhfə vermək və Qoşulmama Hərəkatına üzv dövlətlərə operativ, adekvat və əhatəli yardımın göstərilməsi məqsədilə Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının COVID-19-a qarşı Təmas Qrupunun onlayn Zirvə görüşünü təşkil etmişdir. Həmin toplantının praktiki nəticəsi olaraq, Hərəkata üzv dövlətlər COVID-19 ilə mübarizə və koronavirusla bağlı Qoşulmama Hərəkatının üzv dövlətlərinin əsas humanitar, tibbi ehtiyac və tələblərinə dair məlumat bazasının yaradılması üçün işçi qrupun təsis edilməsi qərarına gəlmişlər.

Məmnuniyyətlə qeyd etmək istərdik ki, pandemiya ilə bağlı tədbirlərin görülməsi zamanı Ümumdünya Səhiyyə Təşkilatı Qoşulmama Hərəkatına üzv dövlətlərin mövcud ehtiyaclarının müəyyənləşdirilməsi üçün Hərəkatın məlumat bazasını istinad mənbələrindən biri kimi istifadə edir.

Qoşulmama Hərəkatı BMT sisteminin COVID-19 ilə mübarizədə fəaliyyətini yüksək qiymətləndirir. Biz pandemiyaya qarşı qlobal mübarizədə BMT-nin fəaliyyətinə rəhbərlik edən, onun əməliyyatlarının davamlılığını təmin edən Baş katibin güclü liderliyini təqdir edirik. Hərəkat COVID-19 pandemiyası ilə bağlı artmaqda olan çağırışlarla mübarizədə beynəlxalq ictimaiyyət tərəfindən təsirli tədbirlərin görülməsi üçün təlimatların verilməsi, təlimlərin və avadanlıq, konkret xilasetmə xidmətlərin təşkili sahəsində Ümumdünya Səhiyyə Təşkilatının və onun rəhbərliyinin mühüm rolunu tam şəkildə dəstəkləyir.

Pandemiya istər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan ölkələrdə zəiflikləri və bərabərsizliyi aşkara çıxararaq onları daha da kəskinləşdirmiş, habelə yoxsulluğu dərinləşdirərək ən həssas kateqoriyadan olan insanların vəziyyətini daha da ağırlaşdırmışdır. Pandemiya ən yoxsul və zəif vəziyyətdə olan ölkələrə daha çox zərbə vurmuşdur. Qoşulmama Hərəkatı böhranın davam edən fəsadlarının böyük çətinliklə əldə olunmuş nailiyyətləri geri atacağından və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində tərəqqiyə mane olacağından dərin narahatlıq keçirir.

Həmçinin narahatlıq hissi ilə onu da qeyd etmək istərdik ki, pandemiya ədalətli və bərabərhüquqlu dünya nizamına nail olmaq üçün mövcud fundamental problemlərin daha da artmasına səbəb olmuşdur. Qoşulmama Hərəkatının 2019-cu ildə Bakıda keçirilmiş 18-ci Zirvə toplantısında da müzakirə edilmiş bu problemlər qlobal maliyyə və iqtisadi böhranın təsirləri, inkişaf etməkdə olan ölkələrin əksəriyyətində resurs qıtlığı və iqtisadi-sosial gerilik, qeyri-bərabər ticarət şərtləri və inkişaf etmiş ölkələrin kifayət qədər əməkdaşlıq etməməsi, onların bəziləri tərəfindən birtərəfli və məcburedici tədbirlərin tətbiqi, habelə gücdən istifadə və ya gücdən istifadə ilə hədələmə və digərlərindən ibarətdir.

Qoşulmama Hərəkatı bütün ölkələrin dərman, vaksin və tibbi avadanlığa münasib, maneəsiz və bərabər çıxışının əhəmiyyətini vurğulayır.

COVID-19 əleyhinə bir çox vaksinlərin tədqiqatının davam etdiyi bir vaxtda biz kliniki sınaqların uğurlu nəticələrini gözləyir və ümid edirik ki, təhlükəsiz və təsirli vaksin tezliklə hazır olacaq və onun hamı üçün münasib qiymətə paylanılması təmin ediləcəkdir. Biz bu prosesdə ÜST-nin əlaqələndirmə səylərini yüksək qiymətləndirir və vaksin hazır olduğu zaman təşkilatın insanların belə bir vaksinə bərabər çıxışının təmin edilməsində rolunun vacibliyini vurğulayırıq.

Cənab Sədr, beynəlxalq ictimaiyyət yalnız birlik, çoxtərəfli əməkdaşlıq, həmrəylik və insan hüquqlarına hörmət əsasında COVID-19-un fəsadlarının aradan qaldırılması və indi yayılmaqda davam edən pandemiyadan xilas olmaq üçün strategiyalar hazırlaya bilər.

Bu Xüsusi Sessiya beynəlxalq əməkdaşlıq və multilateralizmə sadiqliyin bir daha təsdiq edilməsi və gücləndirilməsi, habelə ən yaxşı təcrübələrin vurğulanması kimi geniş məqsədlərə xidmət edəcək. Xüsusi Sessiyada həm də pandemiyaya qarşı mübarizədə üzv dövlətlərin üzləşdiyi çağırışlar nəzərdən keçiriləcək və üzv dövlətlər, müşahidəçi dövlətlər, müşahidəçilər, BMT-nin aidiyyəti agentlikləri, qurumları və digər maraqlı tərəflər arasında açıq və şəffaf müzakirələrdə BMT-nin mərkəzi roluna dair fikir mübadiləsi aparılacaq.

Sessiya çərçivəsində səmərəli müzakirələrin aparılacağına inanırıq. Sağ olun.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Prezident İlham Əliyev Azərbaycan qadınlarını təltif edib (Siyahı)

İlham Əliyev 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib

İlham Əliyev 2003-2020-ci illəri münaqişənin həllinə hazırlıq dövrü kimi səciyyələndirib

Prezident İlham Əliyev YAP-ın qurultayında çıxış edib

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin yeni inzibati binasının açılışında iştirak edib

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib

İlham Əliyev: Türkiyədən ən müasir silah növlərinin alınması üçün yeni müqavilələr imzalanıb

Prezident İlham Əliyev mətbuat konfransı keçirir (CANLI)

Prezident İlham Əliyev Xocalı soyqırımı ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev “Ana harayı” abidəsini ziyarət edib

Prezident İlham Əliyev Şağan Reabilitasiya Pansionatının açılışında iştirak edib (FOTO)

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib

İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrini videoformatda qəbul edib

YAP İcra Katibiyində “Xilaskar İlham Əliyev” adlı kitabın videokonfrans formatında təqdimatı keçirilib

Şuşadakı məktəbin təməlini İlham Əliyev, Ərdoğan və Bahçeli birlikdə atacaq

İlham Əliyev işğaldan azad edilmiş kəndlərin bərpası ilə bağlı sərəncam imzalayıb

İlham Əliyev: Pandemiyadan sonra biz qısa müddətdə vəziyyəti bərpa edəcəyik

İlham Əliyev İndoneziyanın yeni səfirinin etimadnaməsini qəbul edib

İlham Əliyev Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoyub

06 Mart 2021, 17:00 (GMT +4)
Azərbaycan neftinin qiyməti 70 dollara yaxınlaşıb

06 Mart 2021, 16:54 (GMT +4)
Ərdoğan: Güclü donanma müasir dövrün tələbatıdır

06 Mart 2021, 16:48 (GMT +4)
DİM: Üç əcnəbi Azərbaycan dili üzrə imtahanda minimal bal toplayıb, ikisi imtahandan çıxarılıb

06 Mart 2021, 16:38 (GMT +4)
Gəncədə sayğac oğrusu saxlanılıb

06 Mart 2021, 16:27 (GMT +4)
ABŞ Suriyada zəbt etdiyi neft quyuları ətrafında havadan müdafiə sistemləri yerləşdirir

06 Mart 2021, 16:18 (GMT +4)
İqtisadi Şura maliyyə sabitliyinin təmin olunmasıyla bağlı yeni qərarlar qəbul edib

06 Mart 2021, 16:08 (GMT +4)
İrəvanda Paşinyanın müxalifələrinin mitinqi başlayıb

06 Mart 2021, 15:57 (GMT +4)
Azərbaycanda ötən gün törədilmiş 53 cinayətin üstü "isti izlər"lə açılıb

06 Mart 2021, 15:41 (GMT +4)
Bakıda avtomobillə vurulan piyada ölüb

06 Mart 2021, 15:30 (GMT +4)
Dalay Lama koronavirusa qarşı peyvənd vurdurub

06 Mart 2021, 15:23 (GMT +4)
İran-Əfqanıstan sərhədində yerləşən gömrük keçidində şiddətli yanğın baş verib

06 Mart 2021, 15:20 (GMT +4)
Azərbaycan və Özbəkistan XİN başçıları arasında telefon danışığı olub

06 Mart 2021, 15:10 (GMT +4)
Dövlət proqramlarına dair əsas tələblər müəyyənləşib

06 Mart 2021, 14:58 (GMT +4)
Çavuşoğlu: Azərbaycan, Türkiyə və Türkmənistan rəhbərlərinin görüşü planlaşdırılır

06 Mart 2021, 14:50 (GMT +4)
Qusar sakinlərindən qanunsuz silah götürülüb

06 Mart 2021, 14:35 (GMT +4)
Prezident dövlət proqramlarının qiymətləndirilməsi ilə bağlı fərman imzalayıb

06 Mart 2021, 14:27 (GMT +4)
Les Echos: Rusiya və Fransa gizli şəkildə diplomatları ölkədən qovub

06 Mart 2021, 14:21 (GMT +4)
Avropa nüvə sazişilə bağlı İrana nümayəndə göndərir

06 Mart 2021, 14:20 (GMT +4)
ARDNF dünyanın ən şəffaf suveren fondları siyahısının ilk beşliyinə düşüb

06 Mart 2021, 14:05 (GMT +4)
Əfv Komissiyasında baxılan müraciətlərin sayı 750-ni ötüb

06 Mart 2021, 13:52 (GMT +4)
DİN: Türkiyədə fevral ayında 78 terrorçu zərərsizləşdirilib

06 Mart 2021, 13:47 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

06 Mart 2021, 13:33 (GMT +4)
Sabirabadda qanunsuz ov edən şəxslər saxlanılıb

06 Mart 2021, 13:20 (GMT +4)
Masallıda ikimərtəbəli evdə yanğın olub

06 Mart 2021, 13:18 (GMT +4)
Rusiyada son sutkada 11 mindən çox koronavirusa yoluxma halı aşkar edilib

06 Mart 2021, 13:09 (GMT +4)
Ayətullah Sistaninin dəftərxanası Roma Papası ilə baş tutmuş görüş haqda bəyanat verib

06 Mart 2021, 13:06 (GMT +4)
Gömrük Akademiyası "Keyfiyyəti İdarəetmə Sistemi" standartı üzrə beynəlxalq sertifikata layiq görülüb

06 Mart 2021, 12:54 (GMT +4)
Zakir Həsənov 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edib

06 Mart 2021, 12:43 (GMT +4)
MN Zəngilan rayonunun Qaradərə kəndindən görüntülər yayıb (VİDEO)

06 Mart 2021, 12:32 (GMT +4)
Bir qrup qadına fəxri adlar verilib (Siyahı)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66