Azərbaycan Ordusunda Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb
04 Dekabr 2020, 15:10 (GMT +4)
Bakı, 4 dekabr, SalamNews. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən saat 12:00-da Əlahiddə Ümumqoşun Ordusu, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək məqsədilə bir dəqiqəlik sükut elan edilib.
SalamNews xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.