BƏƏ F35 hərbi təyyarələrini ala bilməyəcəyi təqdirdə digər dövlətlərə üz tutacağını bəyan edib04 Dekabr 2020, 15:51 (GMT +4) Bakı, 4 dekabr, SalamNews, B.Samid. Birləşmiş Ərəb Əmirlikləri İsraillə rəsmi əlaqələrə başladıqdan sonra ABŞ-ın F35 hərbi təyyarələrini əldə edə biləcəyini düşünsə də bu alqı-satqı gecikir və son günlərdə rəsmi Əbu-Dabinin məsələ ilə bağlı etirazı eşidilməyə başlayıb.
SalamNews RT.Arabic-ə istinadla xəbər verir ki, BƏƏ-nin Vaşinqtondakı səfiri Yusif əl-Uteybə beşinci nəsil F35 hərbi təyyarələrinin alqı-satqısının gecikməsinə görə xəbərdarlıq mesajı ünvanlayıb.
O rəsmi tvitter səhifəsində yazıb ki, BƏƏ ya bu təyyarələri əldə edəcək, ya da özünü təmin etmək üçün digər dövlətlərə üz tutacaq.
Qeyd edək ki, hazırda ABŞ Konqresi BƏƏ-ə 32 milyard dollarlıq silah yükünün satılması məsələsini araşdırır. Bu alqı-satqıda yer alan əsasən beşinci nəsil F35 hərbi təyyarələridir.
İsrail rəsmiləri Yaxın Şərqdə hərbi üstünlüyünü qoruyub saxlamaq üçün, bu alqı-satqiya mühafizəkarlıqla yanaşırlar.
|