Türkiyə Prezidenti: Dekabrın 8-də Azərbaycana səfər edəcəm04 Dekabr 2020, 16:58 (GMT +4) Bakı, 4 dekabr, SalamNews. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.
SalamNews-un xəbərinə görə, bu barədə Türkiyə Prezidenti cümə namazından sonra jurnalistlərə açıqlamasında bildirib.
Ərdoğan qeyd edib ki, dekabrın 8-də həyat yoldaşı ilə birlikdə Azərbaycanda keçiriləcək tədbirlərə qatılacaq.
|